...

Tereza Mey: Böyük Britaniya və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq uzun onilliklər boyu davam edəcək

Siyasət Materials 14 Mart 2019 13:43 (UTC +04:00)
Böyük Britaniya və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq uzun onilliklər boyu davam edəcək.
Tereza Mey: Böyük Britaniya və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq uzun onilliklər boyu davam edəcək

Bakı. Ləman Zeynalova, Azad Həsənli - Trend:

İki strateji enerji tərəfdaşı kimi Böyük Britaniya və Azərbaycan arasında əməkdaşlıq uzun onilliklər boyu davam edəcək.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin VII Qlobal Bakı Forumunun iştirakçılarına müraciətində deyilir.

Müraciəti Britaniyanın Azərbaycandakı səfiri xanım Karol Krofts oxuyub.

T.Mey qeyd edib ki, Birləşmiş Krallıq və Azərbaycan 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından etibarən daha davamlı və dərin əlaqələr yaradıb, münasibətləri inkişaf etdiriblər:

"Mən ötən ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevi Londonda salamlamaqdan şad oldum. Biz onunla geniş məsələləri müzakirə etdik və SOCAR ilə BP arasında hasilatın bölgüsü haqqında altı sazişin imzalanması mərasimində iştirak etdik. Bizim strateji enerji tərəfdaşlığı qismində əməkdaşlığımız qarşılıqlı inkişafa və təhlükəsizliyə mühüm töhfə verir və uzun onilliklər ərzində davam edəcək. Biz, həmçinin bir çox digər sahələrdə birgə çalışırıq. Biz qarşılıqlı hörmət və etimada söykənən əməkdaşlığı davam etdirəcəyik".

Müraciətdə o da bildirilir ki, Qlobal Bakı Forumunda qlobal siyasəti dəyişən problemlərə baxılacaq və forum sabiq, fəaliyyətdə olan və gələcək liderlər arasında dialoq və qarşılıqlı anlaşmaya kömək edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti