...

Putin və Ərdoğan Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək

Siyasət Materials 8 Aprel 2019 13:48 (UTC +04:00)
Moskvada Rusiya və Türkiyə prezidentlərinin görüşü zamanı Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacaq
Putin və Ərdoğan Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək

Bakı. Rufiz Hafizoğlu - Trend:

Moskvada Rusiya və Türkiyə prezidentlərinin görüşü zamanı Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacaq.

Bu barədə Trend-ə Türkiyə hökumətindəki mənbə Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Türkiyə hər zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini diqqətdə saxlayır:

“Müzakirələrin əsas mövzusunun Türkiyə-Rusiya münasibətləri olmasına baxmayaraq, gündəlikdə, həmçinin Cənubi Qafqazdakı vəziyyət də yer alacaq”.

Qeyd edək ki, Türkiyə Prezidenti bu gün Rusiyaya səfər edəcək.

Səfər çərçivəsində türkiyəli liderin Rusiya Prezidenti Vladimir Putinlə görüşü planlaşdırılıb. Görüşdə ikitərəfli münasibətlərin inkişaf prespektivləri müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti