Leyla Əliyeva "Zubrların Azərbaycana reintroduksiyası” proqramı çərçivəsində keçirilən tədbirdə iştirak edib (FOTO)

Leyla Əliyeva "Zubrların Azərbaycana reintroduksiyası” proqramı çərçivəsində keçirilən tədbirdə iştirak edib (FOTO)

Bakı. Trend:

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi tərəfindən birgə həyata keçirilən “Zubrların Azərbaycana reintroduksiyası” proqramı çərçivəsində ölkəyə gətirilmiş zubrların mayın 21-də Şahdağ Milli Parkının İsmayıllı bölməsinə aid olan hissəsində onlar üçün yaradılmış xüsusi əraziyə buraxılması mərasimi keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və digər qonaqlar iştirak ediblər.

Vaxtilə ölkəmizdə nəsli kəsilmiş vəhşi öküz - Qafqaz zubru növündən olan 8 baş heyvan mayın 16-da Fransa və Belçika zooparklarından Azərbaycana gətirilib. Onlar üçün Şahdağ Milli Parkının İsmayıllı bölməsində xüsusi ərazi yaradılıb. Heyvanlar bir müddət bu ərazidə adaptasiya dövrü keçdikdən sonra Şahdağ Milli Parkına buraxılacaq. Əraziyə bu il daha 12 baş zubrun gətirilməsi də nəzərdə tutulur.

Yerli sakinlər və məktəblilər də zubrlara xüsusi maraq göstərərək tədbirə qoşulub, nəsli tükənmək təhlükəsi altında olan növlərin bərpası istiqamətində aparılan işlərlə tanış olub və öz dəstəklərini nümayiş etdiriblər. Eyni zamanda, tədbirə qatılan yerli gənc təbiətsevərlərə zubrların Azərbaycanda tarixi, onların təbiətdə rolu və mühafizəsi haqqında mühazirələr təşkil olunub.

Zubrlar vaxtilə Avrasiyada çox geniş arealda yayılsa da, ötən əsrin əvvəllərində vəhşi təbiətdə nəsli, demək olar ki, kəsilib. Qafqaz dağlarında sonuncu zubr 1927-ci ildə öldürülüb. Hazırda dünyada mövcud olan zubrların böyük əksəriyyəti zooparklarda artırılıb və bu yolla növün bərpasına yönəlmiş səylər davam etdirilir. Vəhşi öküzlər güclü, cüssəli heyvanlardır və qədim zamanlardan insanlar tərəfindən güc rəmzi kimi qəbul olunub.

IDEA İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan nümayəndəliyi ilə birgə ölkəmizdə nadir növlər olan Qafqaz bəbiri, ceyran və zubrların populyasiyasının bərpası istiqamətində uğurlu layihələr icra edir.

Zubrların Azərbaycanda biomüxtəlifliyinin daha da zənginləşdirilməsi və meşə ekosistemlərinin inkişafında potensial rolunu nəzərə alaraq layihənin təşkilatçıları ölkəmizin şimal bölgələrində yaşayan əhalini və ümumiyyətlə respublika ictimaiyyətini Qafqaz zubrlarının təbiətimizə qaytarılması, onların mühafizəsi və qanunsuz ovlanmasının qarşısının alınması işinə dəstək olmağa çağırırlar.

Keçmiş həyat yoldaşını öldürmək istəyən şəxsin işi məhkəməyə göndərilib
Keçmiş həyat yoldaşını öldürmək istəyən şəxsin işi məhkəməyə göndərilib
Bu günə qədər 2 mindən artıq koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanıb - DİN
Bu günə qədər 2 mindən artıq koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanıb - DİN
Saatlıda 2 yerdə yas mərasimi dayandırıldı, 6 nəfər cərimələndi
Saatlıda 2 yerdə yas mərasimi dayandırıldı, 6 nəfər cərimələndi
Loading Bars
Xəbər lenti
“AzInTelecom” “Sizin plan B: Biznesin davamlılığı” adlı onlayn konfrans keçirib
Gənc əsgərlərə nəzəri və praktiki məşğələlər keçirilir (FOTO/VİDEO)
Yerevanda BMT ofisi qarşısında etiraz aksiyası keçirilir
Putin və Lukaşenko Qarabağı müzakirə edib
Daha bir şəhid övladının adına hesab açılacaq
“Zəfər yolu”nun sentyabradək istifadəyə verilməsi planlaşdırılır (FOTO)
Keçmiş həyat yoldaşını öldürmək istəyən şəxsin işi məhkəməyə göndərilib
"Türk Hava Yolları" Rusiyaya uçuşları dayandırdı
Azərbaycanda quraqlıq və şoranlığa davamlı mutant pambıq sortları yaradılacaq
Düşünürük ki, ABŞ qondarma "erməni soyqırımı"nı tanımayacaq - Çavuşoğlu
Azərbaycanda qızıl ucuzlaşıb
Könül Nurullayeva Parlamentlərarası Birlik Təşkilatının tədbirində çıxış edib (FOTO)
Bu günə qədər 2 mindən artıq koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanıb - DİN
Rusiya Azərbaycana 270 milyon dollarlıq kimyəvi məhsul ixrac edib
Saatlıda 2 yerdə yas mərasimi dayandırıldı, 6 nəfər cərimələndi
Son 3 ayda Bakıda vurulan 51 piyadadan 17-si ölüb
“AzərEnerji”dən itkiləri azaldıb, maliyyəyə qənaət layihəsi
Cəlilabadda bir nəfəri öldürüb, digərini yaralayan şəxs tutulub
Ötən gün 33 yanğın olub, 7 nəfər xilas edilib
Son üç ayda ƏƏSMN 150,7 min elektron arayış verib
Evdən çıxan koronavirus xəstəsi saxlanılıb
Ordunun mərkəzi ərzaq anbarının bölgələrdəki bölmələrində yenidənqurma işləri görülüb (VİDEO)
Belə getsə, Minsk qrupundan imtina etməyə məcbur olacağıq - Deputat
Balakəndə tənha qadının evinə silahlı basqın edildi (FOTO)
Azərbaycan nefti 2 dollardan çox bahalaşıb
Azərbaycanın tarixi Qələbəsi regional əməkdaşlığın və inkişafın yeni mərhələsinə keçidi şərtləndirib - Səttar Möhbalıyev
Ötən gün evini tərk edən daha 17 koronavirus xəstəsi saxlanıldı
Ucarda ər arvadını qətlə yetirdi
Zəngilan rayonunun Ağ oyuq qəsəbəsi (VİDEO)
Aprel ayı üzrə pensiyaların ödənişi tam başa çatıb - DSMF
Azərbaycan bankları üçün BAFT tərəfindən beynəlxalq seminar keçirilib
DİN texniki baxışla bağlı "qaynar xətt" yaratdı
Hərbi Qənimətlər Parkı yeni reallıqların nümunəsidir - Deputat
Bakıda tıxac avtobusların hərəkətində çətinliklər yaratdı (FOTO)
DİM bu gün buraxılış imtahanı keçirəcək
Bu gündən ölkədə istilik təchizatı dayandırılır
Aprelin 15-də xarici valyutaların manata qarşı məzənnələri
Azərbaycanda bankomatlar vasitəsilə əməliyyatlar artıb
Yevlaxda cücə sexi yanıb, 1 nəfər ölüb
Tokiodakı Olimpiya və Paralimpiya oyunları tamaşaçısız keçirilə bilər
Azərbaycan əhalisi 3 ayda 10 milyard manata yaxın pul xərcləyib
İraqın şimalında raket hücumunda türk əsgəri həlak olub
Nyu-York polisi mümkün olan etirazlara görə 12 saatlıq növbələrə keçəcək
ABŞ-da "Johnson & Johnson" peyvəndi ilə bağlı qərar təxirə salınıb
Rusiya Türkiyə ilə hava uçuşlarını məhdudlaşdırıb
İraqın Erbil hava limanına PUA ilə hücum edilib
Türkiyədə son sutkada koronavirusdan 55 413 nəfər sağalıb
"Mançester Siti" və "Real" Çempionlar Liqasının yarımfınalına yüksəlib
NATO öz ordusunu Əfqanıstandan çıxarmağa başlayıb
Bakı sakini mənzildə halsız vəziyyətdə aşkar edilib
"Brent" markalı neftin qiyməti 66,9 dollar təşkil edib
Dünyada ötən sutka koronavirusa 679 mindən çox yoluxma qeydə alınıb - ÜS
Birinci vitse-prezident Mehriban Əliyeva SMA xəstəliyindən əziyyət çəkən Tunarla bağlı tapşırıq verdi
Balakəndə yol polisi reyd keçirib, qaydaları pozan sürücülər barəsində protokol tərtib olunub (FOTO)
Aleksandr Lukaşenko: Prezident İlham Əliyev postsovet məkanındakı prezidentlər arasında ən savadlı, ən mədəni insandır
Vaksini Azərbaycanla bölüşməyə hazırıq - Belarus Prezidenti
Bizim razılığa gəldiyimiz bütün məsələlər reallaşacaq - Belarus Prezidenti
Belarus ilə Azərbaycan arasında münasibətlərin strateji xarakterini bir daha təsdiq etdik - Aleksandr Lukaşenko
Prezident İlham Əliyev: Ermənistanın başına gələnlərin təqsirkarı Ermənistan rəhbərliyidir
Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi nizamlanıb
Prezident İlham Əliyev: Minsk qrupunun nə ilə məşğul olacağı bizə hələ məlum deyil
Prezident İlham Əliyev: Qarabağın bərpası layihələrində üç dost ölkədən olan şirkətlər artıq işləyirlər
Prezident İlham Əliyev: Belarus bizim dostumuz, sınaqdan çıxmış tərəfdaşımızdır
Prezident İlham Əliyev: Biz hədəflərimizi çox dəqiq müəyyən etmişik
MDU-nun rektoru Ramazan ayının gəlişi münasibətilə professor-müəllim və inzibati-texniki heyətini təbrik edib
Minsk Qrupunun xəbis niyyəti - Revanşizm körüklənir?
BEA Azərbaycanın OPEC+ sazişini icra etməsini qiymətləndirib
Ermənilər Cəbrayılda 800 yaşı olan Şərq çinarını xüsusi vandallıqla məhv edib (FOTO)
BEA Azərbaycanda neft hasilatı üzrə proqnozlarını yüksəldib
Hindistan pandemiya ilə bağlı qlobal rifah üçün güclərini bölüşəcək - Baş nazir
Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun ikinci iclası keçirilib (FOTO)
Ən mürəkkəb münaqişə ocaqlarından birini Azərbaycan öz güclü ordusu ilə söndürə bilib - Deputat
Baş nazir Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
Ağdamda bıçaqlanma hadisəsi olub
XİN Fransanın Ermənistandakı səfirinə cavab verdi
Erməni cəmiyyəti hansısa şovinist qüvvələrin əsirinə çevrilməməlidir - Deputat
Belarus Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb (FOTO)
Azərbaycan müharibə meydanında da müdrik, humanist, sülhsevər mövqeyini ortaya qoyub - Tamam Cəfərova
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
“Əsas Məsələ”də “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans müzakirə olunub
Hərbi Qənimətlər Parkına axın edən paytaxt sakinləri: Ölkəmizlə bir daha qürur duyduq - Trend TV-nin REPORTAJI
“Azərpoçt” MMC-nin Baş direktoru PTT rəhbəri ilə onlayn görüş keçirib (FOTO)
Azərbaycanın diplomatik mübarizədə qələbəsi döyüş meydanında Zəfərini şərtləndirən amillər sırasındadır - Vüqar Rəhimzadə
Ukrayna və Azərbaycan alternativ enerjinin istifadəsi potensialını artıra bilər
Qubadlıda yol tikintisi zamanı XVlll əsrə aid məscidi qanunsuz sökənlər cəzalandırılacaq
Somalidə avtobus partladılıb - 17 ölü
Azərbaycanla İtaliya arasında humanitar sahədə əməkdaşlıq xüsusi anlam daşıyır - Sevil Mikayılova
Qəbul imtahanında Vətən müharibəsi ilə bağlı suallar olacaq
Aprelin 15-nə USD/AZN rəsmi məzənnəsi
BMT-nin ofisi Azərbaycanda humanitar fəaliyyəti dəstəkləmək üçün 2 milyon ABŞ dolları ayırıb (FOTO)
Ukrayna azad edilmiş ərazilərin bərpasında Azərbaycana kömək etməyə hazırdır - Baş nazirin müavini
Azərbaycan-Türkiyə gömrük məsələləri üzrə birgə komitənin iclası keçirilib (FOTO/ VİDEO)
Cəlilabadda reyd: sürücülər cərimələndi (FOTO)
YAP Gənclər Birliyinin üzvləri Hərbi Qənimətlər Parkını ziyarət edib (FOTO)
“Yaşıl Marafon” çərçivəsində Qubadlıda ağacəkmə aksiyası keçirilib (FOTO)
Neftçalada içməli su probleminin həlli üçün yeni layihənin icrasına başlanılır (FOTO)
Türk Şurası ölkələri futbol sahəsində əməkdaşlıq sazişi imzalayıb
30 il boyunca faydalı iş görməyən Minsk qrupunun indi məsləhət vermək haqqı yoxdur - Deputat
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2 293 nəfər COVID-19-a yoluxub, 31 nəfər vəfat edib
Bütün xəbərlər