...

ABŞ səfirliyi Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib

Siyasət Materials 28 May 2019 17:13 (UTC +04:00)
ABŞ səfirliyi Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib
ABŞ səfirliyi Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib

Bakı. Trend:

ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan xalqını 28 May - Respublika günü münasibətilə təbrik edib.

Trend-in məlumatına görə, təbrik səfirliyin rəsmi “Facebook” səhifəsində yerləşdirilib.

Təbrikdə deyilir: “1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən bəri Azərbaycan ABŞ-ın dəyərli tərəfdaşıdır. Biz üzünmüddətli əməkdaşlığın davam etdirilməsini və təhlükəsizlik, enerji, demokratik idarəetmə sahələrində işin dərinləşdirilməsini və ölkələrimiz arasında əlaqələrin daha da gücləndirilməsini səbirsizliklə gözləyirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti