Bakı. Samir Əli - Trend:
"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Perspektiv İnkişaf və “ASAN xidmət”lə İş İdarəsi ləğv edilib.
Bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
T.Mustafayevin sözlərinə görə, ləğv edilən idarənin bazasında “Asan Xidmət”lə iş və Elektron İdarəetmə Departamenti yaradılıb. Yeni departamentə Elsevər Rüstəmli rəis təyin edilib: "Bu departament idarə ilə müqayisədə daha geniş səlahiyyətlərə malik olacaq, fərdi abunəçilərlə yanaşı, kiçik və orta biznes subyektləri ilə işləyəcək".