...

Azərbaycan Ordusunun təlimlərində qoşunlar yerdəyişmə tapşırıqlarını icra edib (VİDEO)

Siyasət Materials 17 Sentyabr 2019 14:10 (UTC +04:00)
Azərbaycan Ordusunun təlimlərində qoşunlar yerdəyişmə tapşırıqlarını icra edib
Azərbaycan Ordusunun təlimlərində qoşunlar yerdəyişmə tapşırıqlarını icra edib (VİDEO)

Bakı. Trend:

Təlimlərdə qoşunlar və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, cəbhə və ordu aviasiyasının ehtiyat aerodromlarına köçürülməsi, eləcə də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması üzrə tapşırıqlar icra edilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin niyyətinə uyğun olaraq əməliyyatlarda atəş dəstəyi həyata keçirəcək bölmələr təyin edilmiş məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqlar icra edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti