Fərid Şəfiyev: Azərbaycanın əhəmiyyətli nəqliyyat layihələrini həyata keçirməsi Çin hökumətinin ölkəmizə marağını daha da artırıb

Fərid Şəfiyev: Azərbaycanın əhəmiyyətli nəqliyyat layihələrini həyata keçirməsi Çin hökumətinin ölkəmizə marağını daha da artırıb

Bakı. Trend:

Azərbaycan və Çin arasındakı iqtisadi və siyasi münasibətlər son illərdə sürətlə inkişaf edir.

Bunu Trend-ə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

F.Şəfiyev qeyd edib ki, ümumiyyətlə, Çin 2013-cü ildə “Kəmər və Yol Layihəsi”ni (KYL) təklif etdikdən sonra onun iqtisadi və siyasi münasibətlərinin miqyası böyüməyə başlayıb.

Onun sözlərinə görə, Avrasiya məkanında müxtəlif ölkələr ilə əlaqələrini inkişaf etdirən Çinin Cənubi Qafqaz regionuna da marağı artıb:

"O bu regionun ölkələri ilə o siyasi və iqtisadi münasibətlərini inkişaf etdirməyə başlamışdır. Lakin, Cənubi Qafqaz regionunu digər ölkələri ilə müqayisədə regionun ən güclü dövlət kimi Azərbaycanın sahib olduğu stabil iqtisadi və siyasi mühit Çin üçün daha cəlbedici olmuşdur. Ona görə ki, belə mühit KYL layihəsinin reallaşdırılmasında ən əhəmiyyətli amil rolunda çıxış edir. Eyni zamanda Azərbaycanın regionun bütün güclü dövlətləri ilə dostluq münasibətlərinə malik olması və balanslı siyasəti uğurla həyata keçirməsi Çin üçün Azərbaycanın cəlbediciliyi artırmışdır".

F.Şəfiyev bildirib ki, ümumilikdə, Azərbaycan-Çin münasibətlərinin sürtəli inkişaf mərhələsi 2015-ci ildə Prezident İlham Əliyevin Çinə rəsmi səfərindən sonra başlayıb:

"Bu səfər çərçivəsində iki ölkə arasında "İpək Yolu İqtisadi Kəməri"-nin yaradılmasının birgə təşviqi ilə bağlı anlaşma memorandumu imzalanmışdır. Bu memrondum Azərbaycanın KYL çərçivəsində strateji və iqtisadi mövqeyini gücləndirməklə yanaşı KYL-in sürətlə həyata keçirilməsi üçün baza formalaşdırmışdır. Eyni zamanda Azərbaycan 2015-ci ildə Çinin təşəbbüsü ilə yaradılmış “Asiya İnfrastruktur və İnvestisiya Bankı”-nın təsisçilərindən birinə çevrilmişdir. Bu bank Çin tərəfindən yaradılan ilk çoxsahəli maliyyə təşkilatıdır və Asiyada infrastruktur layihələrinin həyata keçirilməsi üçün yaradılmışdır.

Bundan sonrakı illərdə isə Azərbaycanın nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırması və bir sıra əhəmiyyətli nəqliyyat layihələrini həyata keçirməsi Çin hökumətinin Azərbaycana olan marağını daha da artırmışdır. Ona görə ki, bu layihələr KYL çərçivəsində istər şərq-qərb, istərsə də qərb-şərq istiqamətində yükdaşımaları üçün daha qısa və ucuz alternativi yaratmış oldu. Azərbaycan tərəfindən həyata keçirilmiş əhəmiyyətli layihələrdən biri 2017-ci ildə açılışı olan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi olmuşdur. Daha sonra 2018-ci ildə isə Ələtdə “Bakı Beynəlxalq Ticarət Portu”-nun açılışı olmuşdur. Bu iki layihə KYL-in Cənubi-Qafqazdan keçən qolunun əsasını təşkil edir və bir-biri ilə əlaqəli formada həyata keçirilmişdir. Yeni tikilmiş port şərqdən gələn məhsulların qısa zamanda gəmilərdən boşaldılaraq Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə Gürcüstana, Türkiyəyə, Avropaya və eyni zamanda əks istiqamətdə hərəkətinə imkan yaradır.

Çin-Azərbaycan münasibətlərində 2015-ci ildən sonra baş verən inkişaf özünü ticarət dövriyyəsinin dinamikasında da göstəmişdir. Belə ki, bu dövr ərzində iki ölkə arasında ticarət dövriyyəsi 2 dəfədən çox artaraq 2018-ci ildə 1.3 milyard ABŞ dolları səviyyəsinə çatmışdır. Əgər Çin 2015-ci ildə Azərbaycanın 9-cu ən böyük ticarət tərəfdaşı idisə, 2018-ci ildə 4-cü ən böyük ticarət tərəfdaşına çevrilmişdir.

Cari ilin aprel ayında keçirilən “İkinci Kəmər və Yol Forumu”-da Azərbaycanın iştirakı və imzalanan müqavilələr isə Çin-Azərbaycan münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoydu. Forum çərçivəsində Azərbaycan ilə Çin şirkətləri arasında ümumi həcmi 821 milyon ABŞ dolları olan 10 müqavilə imzalanmışdır. Azərbaycanın qeyri-neft sektorunun inkişafı strategiyasına uyğun olaraq müqavilələr əsasında investisiyalar qeyri-neft sektoruna yönəldiləcəkdir. Bu 2015-ci ilə qədər Çin tərəfindən Azərbaycan iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmindən çoxdur.

Müqavilələr əsasında həyata keçiriləcək layihələrə Sumqayıt Kimya-Sənaye Parkında şin zavodunun tikintisi də aiddir. Zavodun tikintisinə Çinin “Milli Elektrik Mühəndisliyi Şirkəti” 300 milyon dollar həcmində investisiya yatıracaqdır. Zavodda 800 yeni iş yerinin açılması planlaşdırılır. Eyni zamanda müqavilələr əsasında Kürdəmirdə 300 hektar ərazidə istixana kompleksinin tikintisi, Quba, Xaçmaz və Göyçay rayonlarında sənaye parklarının salınması, Azərbaycan şərablarının Çinə ixrac edilməsi və Çində Azərbaycan Ticarət Evinin yaradılması kimi layihələr də həyata keçiriləcəkdir. Bundan başqa, “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” boyunca göndəriləcək 25,000 konteynerin Azərbaycan ərazisi ilə tranzitininin səmərəli təşkilinin həyata keçirilməsi üçün "Azərbaycan Rəqəmsal Hub" təşəbbüsü çərçivəsində Asiya-Avropa telekommunikasiya dəhlizi yaradılacaqdır".

F.Şəfiyev əlavə edib ki, Çin və Azərbaycan arasında imzalanmış müqavilələr və artan ticarət dövriyyəsi iki ölkə arasında münasibətlərin sürətlə inkişaf etdiyini göstərir. Bu münasibətlər qarşılıqlı fayda və dostluq prinsipləri əsasında qurulub:

"Azərbaycan KYL təşəbbüsünün səmərəli həyata keçirilməsi üçün tranzit ölkə olaraq Çinə geniş imkanlar yaratdığı halda, Çin də Azərbaycanın qeyri-neft sektorunun inkişafına böyük investisiyalar yatırmaqla yanaşı Azərbaycana qeyri-neft sektoru məhsullarının ixracı üçün özünün geniş bazarlarını açır. Buna görə də deyə bilərik ki, KYL layihəsinin iqtisadi potensialı artdıqca və Azərbaycan qeyri-neft sektorunun inkişafı istiqamətində daha böyük nəaliyyətlər əldə etdikcə Çin-Azərbaycan münasibətlərinin inkişafı daha sürətlənəcək və daha geniş miqyasa malik olacaq".

Gəncədə minik avtomobili quyuya düşüb, ölən var
Gəncədə minik avtomobili quyuya düşüb, ölən var
Qazaxda yaşayış binasında yanğın olub
Qazaxda yaşayış binasında yanğın olub
Biləsuvar sakini həmyerlisinin qoyunlarını oğurlayıb
Biləsuvar sakini həmyerlisinin qoyunlarını oğurlayıb
Loading Bars
Xəbər lenti
Gəncədə minik avtomobili quyuya düşüb, ölən var
Yaponiyanın kosmik yük daşıyıcısı Beynəlxalq Kosmik Stansiyası ilə birləşib
Misirin Dağlıq Qarabağda qondarma “seçkiləri” tanımaması Azərbaycan icması tərəfindən yüksək qiymətləndirilib
Balakənə dolu düşüb
Alternativ enerjinin alternativi yoxdur
Prezident İlham Əliyevə Respublika Günü ilə bağlı təbriklər gəlməkdə davam edir
Türkiyədə son sutkada koronavirusdan 1 321 nəfər sağalıb
Azərbaycan Prezidenti: Gərək biz bütün şəhərlərimizdə texnika ilə təchizatı yüksək səviyyəyə qaldıraq
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
ÜST koronavirusun müalicəsi üçün nəzərdə tutulan maddələrin sınaqlarını dayandırıb
Habil Qurbanov: Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövr tariximizin ən şanlı dövrlərindən biridir
Qazaxda yaşayış binasında yanğın olub
İsraildə teatrlar və konsert salonları iyunda açılacaq
Ölkədə olan faktiki hava şəraiti açıqlanıb
Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik edib
Tahir Rzayev: Karantinlə bağlı təlimatlara əməl etməyənlər barəsində ciddi inzibati tədbirlər görülməlidir
Azərbaycan könüllülərindən bayram sovqatı (FOTO)
Əlahiddə Ümumqoşun Orduda kəşfiyyatçılar arasında yarışlar keçirilib (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında bərpa-konservasiya işləri ilə tanış olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda tikilən çoxmənzilli binalarda yaradılan şəraitlə tanış olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda inşa olunan körpələr-evi uşaq bağçasının açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıya ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalarla tanış olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
Şamaxının icra başçısı karantinə alınması ilə bağlı açıqlama verib
Biləsuvar sakini həmyerlisinin qoyunlarını oğurlayıb
Xırdalan şəhər sakininə qarşı quldurluq edən iki qardaş saxlanılıb
Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxdu, 134 nəfər sağaldı, 2 nəfər öldü
17 kiloqramdan çox narkotik vasitəni onlayn yolla satmaq istəyən qardaşlar saxlanıldı (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfərə gəliblər (FOTO/VIDEO)
Ət və ət məhsullarının faydası və zərərli xüsusiyyətləri
Vətəndaşlar Prezidentə yazırlar: Belə bir çətin zamanda ölkəmizdə islahatların davam etdirilməsi bizi çox sevindirir
Şamaxıda iki nəfər hündürlükdən yıxılıb, biri ölüb
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu göndərib
İtaliyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib
Avropanın bu ölkəsi koronavirusa qalib gəldiyini elan etdi
Mingəçevirdə baş vermiş qəzaya görə cinayət işi başlandı
İranda daha 2 033 nəfər koronavirusa yoluxdu
Avstraliyada şiddətli fırtına: 60 min ev elektriksiz qaldı (FOTO)
Aybəniz İsmayılova: Dağlıq Qarabağdakı kriminal rejim vətəndaş cəmiyyəti adı altında təbliğ edilə bilməz
Yaponiyada koronavirusa görə tətbiq edilən fövqəladə rejim ləğv edildi
Prezident İlham Əliyev Gürcüstanın dövlət başçısı Salome Zurabişvilini təbrik edib
Şamaxının icra başçısı və İcra Hakimiyyətinin əməkdaşları karantinə alınıb
Sabah 31 dərəcə isti olacaq
Bakıda narkotik tərkibli bitkilər becərən silahlı narkotacir saxlanıldı (FOTO/VİDEO)
Gəncədə avtoxuliqan həbs edilib (FOTO)
Biləsuvarda narkotacirlər 1 kiloqram heroinlə tutuldular (FOTO)
Bakıda sanitar-karantin qaydalarını pozan restoran aşkarlandı, 32 nəfər saxlanıldı (FOTO/VİDEO)
Rusiyada daha 92 nəfər koronavirusun qurbanı oldu
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri başa çatdı
‘’OnlayNHN’’ layihəsinin ikinci turuna yekun vurulub
Şəkidə 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib (FOTO)
Ötən gün 31 cinayətin üstü “isti izlər”lə açılıb
Mingəçevirdə qəzada xəsarət alan uşaqlardan biri Bakıya göndərilib
Azərbaycan XİN İordaniyanı təbrik edib
Baş infeksionist: Qapalı yerlərdə maskadan istifadə edilməməsinə görə cərimə tətbiq edilməlidir
Azərbaycanda faktiki hava şəraiti açıqlanıb
Mədəniyyət nazirinin səlahiyyətləri heç kimə həvalə edilməyib - RƏSMİ
Bakıda gənc kuryer motosikleti ilə qəzaya düşərək həlak oldu (FOTO)
Naqif Həmzəyev fiziki imkanları məhdud seçicilərinə əlil arabası hədiyyə edib (FOTO)
Ağdaş sakininin üzərində və yaşadığı evdə narkotik aşkarlanıb (FOTO)
Bu gündən muzey və qoruqlarda "açıq qapı" günləri başlayır
Malayziyanın BERNAMA agentliyi 28 May – Respublika Gününə həsr olunmuş geniş məqalə dərc edib
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng edib
PSJ İkardiyə 10 milyon avro maaş təklif etmək niyyətindədir
Qırğızıstanda koronavirusa daha 30 nəfər yoluxub, 2 nəfər vəfat edib
Atəşkəs 23 dəfə pozuldu
Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı azalıb
Mövlud Çavuşoğlu: Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir
Qazaxıstanda koronavirusa yoluxanların sayı 8,5 min nəfəri ötüb
ABŞ Braziliyaya min ədəd süni tənəffüs cihazı göndərəcək
Suriya qoşunları Raqqada bir qrup terrorçunu məhv ediblər
Çində ötən sutka ərzində koronavirusa 11 yoluxma halı qeydə alınıb
Kanadada koronavirusa yoluxanların sayı 84 mini ötüb
ABŞ son günlərdə Braziliyaya səfər edənləri ölkəyə buraxmayacaq
Futbol üzrə İtaliya çempionatının bərpa olunacağı vaxt bəlli oldu
Braziliyada koronavirusa yoluxanların sayı 360 min nəfəri ötüb
Qazaxıstanın bütün hava limanları daxili uçuşlar üçün açılıb
Yeni Zelandiya sahillərində güclü zəlzələ olub
Ermənistan yeni yoluxma hallarının sayına görə dünyada 6-cı yerdə qərarlaşıb
Bakıda "Hyundai" yanıb
İtaliyada koronavirusdan sağalanların sayı 140 mini ötüb
Rumıniyada zəlzələ baş verib
Tramp: Putin mənim yenidən prezident seçilməyimi istəmir
ABŞ koronavirus səbəbilə G7 sammitinin vaxtını dəyişdi
Elmar Məmmədyarovun Türkiyəli həmkarı ilə telefon danışığı olub
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 101 mindən çox artıb
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
İranda zəlzələ nəticəsində 6 nəfər xəsarət alıb
Türkiyədə koronavirusdan sağalanların sayı 120 minə yaxınlaşır
"Şalke" doğma meydanda "Auqsburq"a məğlub oldu
Yaponiyada yeni yoluxma hallarının sayı artıb
Sabirabadda traktor qoşqusu yanıb
Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü Bob Bləkmən Prezident İlham Əliyevi təbrik edib
Leyla Abdullayeva: Ermənistan baş nazirinin Ramazan bayramı münasibətilə təbriki riyakarlığın ən yüksək səviyyəsidir
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 24.05.2020 tarixli bölüm
Bərdədə "Volkswagen" yanıb
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı Ramazan Bayramı münasibətilə aztəminatlı ailələrə sovqat çatdırdı (FOTO)
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Prezident İlham Əliyevi təbrik edib
Əşrəf Qani: Taliblərin həbsxanalardan azad edilməsi bərpa olunub
Bütün xəbərlər