...

Türkiyə Prezident Administrasiyası: Türkdilli ölkələrin əməkdaşlığının güclənməsi bütün regionun xeyrinədir

Siyasət Materials 14 Oktyabr 2019 12:20 (UTC +04:00)
Türkdilli ölkələrin əməkdaşlığının güclənməsi bütün regionun xeyrinədir
Türkiyə Prezident Administrasiyası: Türkdilli ölkələrin əməkdaşlığının güclənməsi bütün regionun xeyrinədir

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkdilli ölkələrin əməkdaşlığının güclənməsi bütün regionun xeyrinədir.

Bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından bildiriblər.

Qeyd olunub ki, bugünkü gün türkdilli ölkələri təkcə tarixi və mədəni köklər yox, həm də bütün regionun inkişafına yönələn ümumi maraqlar bağlayır.

Administrasiyadan bildiriblər ki, Türk Şurasının yaradılması ilə türkdilli ölkələr arasında münasibətlər daha da möhkəmləndi:

“Türkdilli ölkələr əvvəllər olduğu kimi bütün sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, turizm və hərbi sahələrdə münasibətləri inkişaf etdirəcək”.

O da qeyd edilib ki, bu gün türkdilli ölkələr sözün əsl mənasında öz regionlarında iqtisadi və enerji lokomotivinə çevrilir:

“Türkiyə türkdilli ölkələrlə bütün sahələrdə öz təcrübəsini bölüşməyə hazırdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti