...

"Milli Şura"nın sədri 2 noyabr mitinqini təxirə salmaqla bağlı çağırış etdi

Siyasət Materials 31 Oktyabr 2019 17:02 (UTC +04:00)
"Milli Şuranın sədri Cəmil Həsənli müxalifətin 2 noyabra təyin etdiyi mitinqin təxirə salınmasını təklif edib.
"Milli Şura"nın sədri 2 noyabr mitinqini təxirə salmaqla bağlı çağırış etdi

Bakı. Samir Əli - Trend:

"Milli Şura"nın sədri Cəmil Həsənli müxalifətin 2 noyabra təyin etdiyi mitinqin təxirə salınmasını təklif edib.

Trend-in məlumatına görə, bu barədə Cəmil Həsənli öz "facebook" səhifəsində paylaşıb.

Paylaşımda deyilir:

"Təklif edirəm ki, MŞ KM üzvləri və AXCP rəhbərliyi mənim bu təklifimi təcili müzakirə etsin. 2 noyabr mitinqini təxirə salaq, hərəkatımızın yeni dalğası hələ indi başlayır".

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə baxılıb və mitinqin noyabrın 2-si saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.

Lakin AXCP sədri Əli Kərimli aksiyanın razılaşdırılmamış şəkildə Nəsimi rayonu, metronun “28 may” stansiyasının yaxınlığında keçiriləcəyini bildirib. Bundan sonra DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti