...

AYİB “Şərq tərəfdaşlığı”nın ilk investisiya sammitini keçirəcək

Siyasət Materials 21 Noyabr 2019 11:59
Avropa İttifaqı “Şərq tərəfdaşlığı”nın üzv ölkələrinin ilk investisiya sammiti noyabrın 22-də Avropa Yeindənqurma və İnkişaf Bankının (AYİB) Londondakı mənzil-qərargahında keçiriləcək
AYİB “Şərq tərəfdaşlığı”nın ilk investisiya sammitini keçirəcək

Trend-i buradan izləyin

Bakı. Ləman Zeynalova - Trend:

Avropa İttifaqı “Şərq tərəfdaşlığı”nın üzv ölkələrinin ilk investisiya sammiti noyabrın 22-də Avropa Yeindənqurma və İnkişaf Bankının (AYİB) Londondakı mənzil-qərargahında keçiriləcək.

Trend bu barədə AYİB-ə istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, AYİB “Şərq tərəfdaşlığı”nın mövcud olduğu 10 il ərzində üzv ölkələrin hər biri ilə (Azərbaycan, Gürcüstan, Belarus, Moldova, Ukrayna və Ermənistan) sıx əlaqələr qurub.

Birgünlük sammit çərçivəsində dövlət və hökumət başçıları, Avropa İttifaqı və AYİB-in nümayəndələri, beynəlxalq investorlar və sahibkarlar altı ölkədə yeni biznes imkanlarını müzakirə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti