...

Cəbhəboyu zonada hərbi obyektlərin açılışı olub (FOTO/VİDEO)

Siyasət Materials 4 Dekabr 2019 15:37 (UTC +04:00)
Müdafiə naziri cəbhəboyu zonada yeni inşa edilən mühəndis təyinatlı hərbi obyektlərin açılışında iştirak edib
Cəbhəboyu zonada hərbi obyektlərin açılışı olub (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Ordusunun modernizasiyası və yenidənqurma işləri planına əsasən həyata keçirilən fəaliyyətlər davam etdirilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yeni inşa edilən mühəndis təyinatlı hərbi obyektlərin açılışında iştirak ediblər.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, rəhbərlik yeni istifadəyə verilən qərargah binası ilə də tanış olub. Qeyd olunub ki, qərargah mərkəzləşdirilmiş istilik sistemi, işıq, su, qaz və kommunikasiya xətləri ilə təchiz edilmiş inzibati və xidməti iş otaqları mebel avadanlıqları ilə də təmin olunub.

Müdafiə nazirinə məruzə edilib ki, mühəndis-istehkam hərbi hissələrinin yerinə yetirdiyi vəzifələr nəzərə alınmaqla, bu bölmələrin texniki baxımdan təkmilləşdirilməsi və döyüş potensialının artırılması üçün müasir texnika alınaraq qoşunların sərəncamına verilib. Hərbi əməliyyatların mühəndis təminatının yerinə yetirilməsi zamanı tətbiq olunan müxtəlif növ texnikanın saxlandığı park, şəxsi heyətin hazırlığı üçün nəzərdə tutulan taktiki sinif otaqları və digər inzibati binalar müvafiq avadanlıqlar və əyani təbliğat vasitələri ilə tam təchiz edilib.

General-polkovnik Z.Həsənov mühəndis qoşunların komandanlığına bölmələrin döyüş qabiliyyətinin artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Sonda nazirliyin rəhbərliyi şəxsi heyətlə birlikdə nahar edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti