...

İlahiyyat İnstitutunda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib (FOTO)

Siyasət Materials 11 Dekabr 2019 20:41 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) millət vəkili Aydın Mirzəzadənin təqdimatında Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Dövlətçiliyin inkişafında tarixi-mənəvi dəyərlərin əhəmiyyəti” mövzusunda seminar keçirilib.

İnstitutdan Trend-ə verilən məlumata görə, tədbirdə Aİİ rektoru Ceyhun Məmmədov çıxış edərək, ölkəmizdə tarixən mövcud olan multikultural və tolerant mühit, o cümlədən, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən bəhs edib. Aİİ rektoru ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi, məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində respublikamızın hərtərəfli və dinamik inkişaf yoluna qədəm qoyduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin ölkəmizin inkişafı, milli-mənəvi dəyərlərin qorunması, tolerantlıq və multikulturalizm ideyalarının təbliği istiqamətində apardığı uzaqgörən siyasəti bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva uğurla davam etdirir. Belə ki, ölkəmizdə bir çox dini ibadət ocaqları təmir və ya bərpa olunur, yeni dini təhsil müəssisələri yaradılır.

Millət vəkili Aydın Mirzəzadə “Dövlətçiliyin inkişafında tarixi-mənəvi dəyərlərin əhəmiyyəti” mövzusunda çıxış edərək, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, qorunub-saxlanılmasında onun misilsiz xidmətlərindən bəhs edib. Bildirib ki, Heydər Əliyevin Azərbaycanda hakimiyyətə ikinci dəfə qayıdışı müstəqilliyimizin ilk illərində ölkəmizi yaranmış bütün bəlalardan xilas etdi.

Millət vəkili dahi şəxsiyyətin siyasi, iqtisadi, elm, təhsil və digər sahələrdə həyata keçirdiyi islahatlardan da söz açıb. Müasir Azərbaycanın bütün nailiyyətlərinin məhz Heydər Əliyev kimi milli dəyərlərə bağlı, fenomenal dövlət xadiminin adı ilə bağlı olduğunu qeyd edən A.Mirzəzadə Ulu Öndərin dövlətçilik təcrübəsinin və siyasi irsinin əhəmiyyətindən danışıb. A.Mirzəzadə hazırda ümummilli lider Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və ölkəmizin bütün sahələrdə mühüm inkişafa nail olduğunu, beynəlxalq aləmdə böyük nüfuz qazandığını qeyd edib.

A.Mirzəzadə daha sonra bildirib ki, Ümummilli Liderin fəaliyyəti Azərbaycan xalqının milli dirçəlişinə, öz hüquqlarını bərpa etməsinə, müstəqil, güclü, dünya birliyində nüfuz qazanmış bir Azərbaycan Dövlətinin yaranmasına gətirib çıxarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti