...

Parlament seçkiləri ilə bağlı yerli və beynəlxalq müşahidəçilərin sayı bəlli oldu

Siyasət Materials 29 Yanvar 2020 16:42 (UTC +04:00)
Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində indiyə qədər 429 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.
Parlament seçkiləri ilə bağlı yerli və beynəlxalq müşahidəçilərin sayı bəlli oldu

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində indiyə qədər 429 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov əlavə edib ki, yerli müşahidəçilərin sayı 58 344 nəfərə çatıb.

MSK sədri bildirib ki, müşahidəçilərin akkreditasiyası davam edir və rəqəmlər artacaq. Proses başa çatdıqdan sonra ictimaiyyətə ümumi məlumat veriləcək.

M.Pənahov onu da vurğulayıb ki, növbədənkənar parlament seçkilərində analoqu olmayan hal qeydə alınıb: "Beynəlxalq müşahidəçilərlə bağlı çoğrafi baxımdan analoqu olmayan hal yaşanıb. Dünya ölkələrinin böyük əksəriyyəti öz müşahidəçilərini Azərbaycana göndərir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti