...

Azərbaycan XİN İranı təbrik edib

Siyasət Materials 11 Fevral 2020 12:05 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi İran rəhbərliyini İslam inqilabının 41-ci ildönümü münasibətilə təbrik edib.
Azərbaycan XİN İranı təbrik edib

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İran rəhbərliyini İslam inqilabının 41-ci ildönümü münasibətilə təbrik edib.

Trend-in məlumatına görə, nazirliyin təbrik mətni rəsmi “Twitter” səhifəsində yayılıb.

Təbrikdə deyilib: “İki ölkə arasında olan münasibətlər tarixən dostluq və mehriban qonşuluq mühitində yaşayan xalqların iradəsinə əsaslanıb. Bu gün biz İran İslam Respublikasının Milli Günü münasibətilə təbrik edir və bütün iranlılara sülh və çiçəklənmə arzulayırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti