...

Müdafiə naziri NATO-nun toplantısında iştirak edib (FOTO)

Siyasət Materials 13 Fevral 2020 19:14 (UTC +04:00)
Zakir Həsənov “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində təşkil edilən toplantısında iştirak edib.
Müdafiə naziri NATO-nun toplantısında iştirak edib (FOTO)

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 13-də Brüssel şəhərində NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində təşkil edilən toplantısında iştirak edib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, əldə olunan son nailiyyətlər, missiyanın gələcəyi və bir sıra digər məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti