...

İtaliya ilə əlaqələrin inkişafı Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin genişlənməsinə kömək edə bilər - Musa Qasımlı

Siyasət Materials 21 Fevral 2020 11:48 (UTC +04:00)
Avropa İttifaqının üzvü olan İtaliya ilə münasibətlərin inkişafı ölkəmizin bu qurumla münasibətlərinin genişlənməsinə də böyük kömək edə bilər. Avropa İttifaqının üzvü olan İtaliya ilə münasibətlərin inkişafı ölkəmizin bu qurumla münasibətlərinin inkşafına da böyük kömək göstərə bilər.
İtaliya ilə əlaqələrin inkişafı Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin genişlənməsinə kömək edə bilər - Musa Qasımlı

Bakı. İlhamə İsabalayeva – Trend:

Avropa İttifaqının üzvü olan İtaliya ilə münasibətlərin inkişafı ölkəmizin bu qurumla münasibətlərinin genişlənməsinə də böyük kömək edə bilər.

Bunu Trend-ə millət vəkili Musa Qasımlı deyib.

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfərinin bir neçə baxımdan mühüm əhəmiyyətə malik olduğunu deyən M.Qasımlı qeyd edib ki, bu səfər hər şeydən əvvəl Azərbaycanın xarici siyasətinin uğurlu səhifələrindən biridir.

Deputat İtaliya-Azərbaycan münasibətlərinin dərin tarixi köklərə malik olduğunu da nəzərə çatdırıb:

“Hələ orta əsrlərdə italyan səyyahları Azərbaycana səfərə gələrək ölkəmizlə maraqlanırdılar. 1918-1920-ci illərdə Azərbaycan və İtaliya arasında müəyyən münasibətlər qurulmuşdu. 1922-ci ilə qədər iki ölkə arasında siyasi-diplomatik əlaqələr bu və ya başqa səviyyədə mövcud olub. Sovet dövründə Azərbaycan SSR mərkəz vasitəsilə İtaliya ilə əlaqələr saxlayıb. Azərbaycanda istehsal olunan bəzi məhsullar İtaliyaya göndərilirdi, müəyyən mədəni əlaqələr var idi”.

M.Qasımlı qeyd edib ki, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra İtaliya ilə birbaşa, müstəqil əlaqələrin qurulması üçün imkanlar yaranıb.

Onun sözlərinə görə, heç şübhəsiz ki, iki ölkə arasında münasibətlərdə yeni səhifəni ümummilli lider Heydər Əliyevin İtaliyaya səfəri açıb: "Bu səfərdən sonra Azərbaycan-İtaliya münasibətlərinin hüquqi müqavilə bazası genişləndirildi və müxtəlif sahələrdə əməkdaşlıq inkişaf etdirildi. Sonrakı dövrlərdə Prezident İlham Əliyevin gərgin səyləri nəticəsində Azərbaycan-İtaliya münasibətləri tamamilə yeni səviyyəyə yüksəldi".

Bakı və Neapolun qardaşlaşmış şəhərlər olduğunu vurğulayan deputat bu gün Azərbaycan-İtaliya münasibətlərinin geniş perspektivlərinin olması qənaətində olduğunu da açıqlayıb.

M.Qasımlı əlavə edib ki, Prezident İlham Əliyevin Romada apardığı danışıqlar bu perspektivlərin mövcud olduğunu bir daha göstərir:

“Bu gün İtaliya dünyanın yeddi böyük ölkəsindən biridir və dünya siyasətində, iqtisadiyyatında çəkisi olan ölkədir. İtaliya Azərbaycanın ən mühüm ticarət ortaqlarından biridir. Bu səfər iki ölkə arasında münasibətlərin böyük potensialının və perspektivlərinin olduğunu göstərdi. Hesab edirəm ki, Prezident İlham Əliyevin bu səfəri ölkələrimiz arasında münasibətlərə yeni dinamizm verəcək və yeni potensialları üzə çıxaracaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti