...

Ümumavropa Qarabağ mitinqi canlı yayımlanacaq

Siyasət Materials 22 Fevral 2020 14:15 (UTC +04:00)

Bakı. Trend:

Ümumavropa Qarabağ mitinqi Diasporla İş üzrə Dövlət Komitəsinin "facebook" səhifəsində canlı yayımlanacaq.

Komitədən Trend-ə verilən məlumata görə, dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Almaniyanın Berlin şəhərində keçiriləcək Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi Bakı vaxtı ilə 16:00-dan etibarən Diasporla İş üzrə Dövlət Komitəsinin "facebook" səhifəsində canlı yayımlanacaq.

Soydaşlarımızı aşağıdakı haştaqlar altında paylaşımlar etməyə çağırırıq.

#Azerbaijan #Karabakh #justiceforkhojaly #EuropeanKarabakhRally

Məqalədə:
Xəbər lenti

Xəbər lenti