...

İstiliklə bağlı payız-qış mövsümünə hazırlıq işlərinin aparılması qaydası təsdiqləndi

Siyasət Materials 26 Fevral 2020 21:28 (UTC +04:00)
Nazirlər Kabineti “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması Qaydası”nı təsdiq edib
İstiliklə bağlı payız-qış mövsümünə hazırlıq işlərinin aparılması qaydası təsdiqləndi

Bakı. Trend:

Nazirlər Kabineti “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması Qaydası”nı təsdiq edib.

Trend-in məlumatına görə, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Bu qayda “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanının 2.3.4-cü yarımbəndinin icrasının təmin edilməsi məqsədilə hazırlanb və elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması qaydasını müəyyən edir.

Bu qaydanın tələblərinin yerinə yetirilməsinə nəzarəti səlahiyyətli nəzarət qurumu həyata keçirir.

Qərar dərc edildiyi gündən 6 (altı) ay sonra qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti