Bakı. Trend:
Martın 11-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Türkmənistan Respublikasının Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.
Trend-in Nazirlər Kabinetinə istinadən verdiyi məlumata görə, hər iki tərəfdən hökumət üzvlərinin də iştirak etdiyi işçi nahar zamanı iki ölkə arasında iqtisadi əlaqələrin indiki vəziyyəti və perspektivləri haqda danışılıb.