...

Şəbnəm Həsənova: "CISCO" şirkətinin rəhbərləri ilə görüş bir daha sübut etdi ki, Prezident İlham Əliyev müasir dünyanın nəbzini tutan liderdir

Siyasət Materials 17 May 2020 21:52 (UTC +04:00)
Şəbnəm Həsənova: "CISCO" şirkətinin rəhbərləri ilə görüş bir daha sübut etdi ki, Prezident İlham Əliyev müasir dünyanın nəbzini tutan liderdir

Bakı. Elçin Mehdiyev - Trend:

"CISCO" şirkətinin rəhbərləri ilə görüş bir daha sübut etdi ki, Prezident İlham Əliyev müasir dünyanın nəbzini tutan liderdir.

Dünya liderləri, aparıcı biznes, maliyyə institutları, ictimai-siyasi xadimlər tərəfindən ölkə başçımızın bütün təşəbbüsləri təqdir olunur və dövlət başçımızın liderlik səyləri yüksək qiymətləndirilir. "CISCO" şirkətinin rəhbərləri ilə görüş də bir daha sübut etdi ki, Prezident İlham Əliyev innovativ texnologiya ilə ayaqlaşan, müasir dünyanın nəbzini tutan liderdir. Təqdirə layiq məqamdır ki, CISCO şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer COVID-19 virusu ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında və Qoşulmama Hərəkatının görüşünün təşkil edilməsində haqlı olaraq cənab Prezident İlham Əliyevin liderlik səylərini yüksək dəyərləndirdi. Sözügüdən şirkətin Azərbaycanla əməkdaşlığı nəticəsində ölkəmizdə tətbiq edilən "Ağıllı Şəhər", "Ağıllı Ölkə", "Ağıllı Kənd Təsərrüfatı" və "Ağıllı Məktəb" proqramları bir daha sübut edir ki, şirkətlə ölkəmiz arasında çox mühüm əlaqələr mövcuddur və CISCO üçün Azərbaycan əməkdaşlıq baxımından kifayət qədər cəlbedici ölkədir.

Çevik və saniyə sürətilə dəyişən dünyanın gözlənilməz yenilikləri ilə dərhal ayaqlaşa bildiyi üçün Prezident İlham Əliyev təkcə regionda deyil, dünya miqyasında texnologiyaya dəstək verən liderlərdəndir. COVID-19 virusu ilə əlaqədar olaraq bilavasitə ölkə başçımızın təşəbbüsü ilə reallaşan bütün videokonfrans formatında görüşlər bunun əyani sübutudur. Bu gün CISCO şirkəti ilə Azərbaycanın müvafiq strukturları arasında çox uğurlu əməkdaşlıq həyata keçirilir və bu əməkdaşlığın gələcək konturları da artıq məlumdur. Vahid məlumatlar sisteminin yaradılması prioritet məsələlərdən biridir ki, bu da ümumi daxili məhsulun artımı, iş yerlərinin yaradılması və innovasiyaların tətbiq edilməsi işinə xidmət edəcək.

Bundan əlavə, ABŞ dövlət başçısnın ölkə başçımıza ünvanlanmış məktubunda beynəlxalq təhlükəsizliyin gücləndirilməsində, Avropanın enerji marşrutlarının və mənbələrinin şaxələndirilməsində Azərbaycanın rolunu və töhfələrini yüksək dəyərləndirməsi iki ölkə arasında 30 illik əməkdaşlığın müsbət təzahürüdür. ABŞ dünyanın supergücüdür və belə bir ölkə ilə münasibətlərin yüksək səviyyədə olması bilavasitə Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin dünyada etibarlı tərəfdaş kimi qəbul edildiyinin əyani sübutudur.

Şəbnəm Həsənova, politoloq

Məqalədə:
Xəbər lenti

Xəbər lenti