...

Bəxtiyar Əliyev: Azərbaycanda məcburi köçkünlərlə iş ardıcıl və planlı sürətdə həyata keçirilir

Siyasət Materials 30 May 2020 09:05 (UTC +04:00)
Bəxtiyar Əliyev: Azərbaycanda məcburi köçkünlərlə iş ardıcıl və planlı sürətdə həyata keçirilir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda məcburi köçkünlərlə iş ardıcıl və planlı sürətdə həyata keçirilir.

Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

Deputat bildirib ki, bu istiqamətdə Prezident İlham Əliyev tərəfindən təsdiq olunan plan var:

“Dövlət başçısı vaxtilə bəyan etmişdi ki, Azərbaycanda bir çadır şəhərciyi də qalmayacaq. Cənab Prezident bu məsələni həll etdi və məcburi köçkünlərin müasir mənzillərlə təmin edilməsi layihəsi uğurla həyata keçirilir. Eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahədə çox böyük təşəbbüsləri var. Mayın 28-də 1 336 məcburi köçkün ailəsi üçün “Qobu Park-3” yaşayış kompleksinin istifadəyə verilməsində Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun xüsusi təşəbbüsü var”.

Komitə sədri vurğulayıb ki, yeni istifadəyə verilən yaşayış kompleksində məcburi köçkünlər üçün iş yerlərinin yaradılması da nəzərdə tutulur:

“Məcburi köçkünlər burada işə cəlb ediləcəklər, yəni, yeni kompleksdə istehsal və xidmət sahələri də yaradılır. Bu da ən vacib məsələlərdən biridir ki, insanlar elə yaşadıqları yerdə işlə təmin ediləcəklər. Bu, bir tərəfdən iqtisadi inkişafa, digər tərəfdən məcburi köçkünlərin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edəcək.

Eyni zamanda birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi də məcburi köçkünlər üçün yeni qəsəbələr tikilən zaman çox diqqətlə nəzərə alınır. “Qobu Park-3” yaşayış kompleksində tikilən böyük məktəb binasının, eyni zamanda yüzlərlə uşağı cəlb edə biləcək uşaq bağçasının tikilməsi və yeni avadanlıqlarla təchiz edilməsi onu göstərir ki, məcburi köçkünlərin həm məktəbəqədər təhsillə əhatə olunması, həm də keyfiyyətli təhsil alması Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir”.

Komitə sədri vurğulayıb ki, dünyada baş verən iqtisadi böhranlara baxmayaraq, Azərbaycanda heç bir sosial layihə təxirə salınmayıb: “Dünyada baş verən böyük maliyyə və iqtisadi böhranlara baxmayaraq, məcburi köçkünlər üçün təsdiq edilmiş plana uyğun olaraq mənzillər tikilib və vaxtında istifadəyə verilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti