...

Deputat Naqif Həmzəyev polislərə əlavə vəsaitin ödənilməsini təklif etdi (VİDEO)

Siyasət Materials 1 İyun 2020 17:17 (UTC +04:00)
Deputat Naqif Həmzəyev polislərə əlavə vəsaitin ödənilməsini təklif etdi (VİDEO)

Bakı. Trend:

Koronavirus pandemiyasının bəşəriyyəti sınağa çəkdiyi günlərində xalqımız bir daha ən yaxşı xüsusiyyətlərini nümayiş etdirdi. Vətənimizin təhlükəsizliyi, insanların sağlamlığının qorunması naminə hər kəs birlik oldu, yenilməzlik nümayiş etdirdi.

Cəsarətli tibb işçilərimiz, könüllü gənclərimiz, hərbi qulluqçularımızla yanaşı polis əməkdaşları da fədakar fəalliyyətləri, nümunəvi davranışları ilə soydaşlarımızın təhlükəsizliyi keşiyində ayıq-sayıq dayandılar.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Naqif Həmzəyev cərimələrin təyin edilməsinə polislərin cəlb edilməsi ilə bağlı bildirib: “Pandemiya dövründə ağır iş şəraitində işləyənlərdən biri də polislərdir. Təklif edərdim ki, həvəsləndirmək üçün polislərə də əlavə vəsait ödənilsin”.

Qanunu ən çox pozanların gənclər olduğunu diqqətə çatdıran Naqif Həmzəyev layihədə nəzərdə tutulan məbləğin tələbə və gənclər üçün olduqca yüksək olduğunu da diqqətə çatdırıb.

Millət vəkili eyni zamanda maskaların əlçatan olması üçün apteklərlə yanaşı marketlərdə də satılmasını təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti