...

Yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə qaydalarında dəyişiklik edilib

Siyasət Materials 10 İyun 2020 19:04 (UTC +04:00)
Yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə qaydalarında dəyişiklik edilib

Bakı. Trend:

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”nda dəyişiklik edib.

Trend-in məlumatına görə, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla karantin rejimini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqlar.

Bundan əvvəl karantin rejimini pozan şəxslər İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti