...

Azərbaycan Ordusu Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yolları nəzarətə götürüb - RƏSMİ

Siyasət Materials 11 İyun 2020 20:10 (UTC +04:00)
Azərbaycan Ordusu Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yolları nəzarətə götürüb - RƏSMİ

Bakı. Trend:

Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayıb.

Trend-in məlumatına görə, bəyanatda deyilir:

"Azərbaycan Ordusunun 2016-cı və 2018-ci illərdə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yollar tərəfimizdən nəzarətə götürülüb.

Strateji cəhətdən əlverişli vəziyyətimiz düşməni xeyli vəsait xərcləyərək yeni yollar çəkməyə məcbur edir. Azərbaycan Ordusunun silahlanmada olan atəş vasitələri düşmənin bütün əməliyyat dərinliyindəki hərbi infrastrukturunu məhv etmək imkanına malikdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti