Əli Əhmədov: Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması ölkəmizin və onun Prezidentinin dünya birliyində hörmət və nüfuzunun ifadəsidir

Əli Əhmədov: Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması ölkəmizin və onun Prezidentinin dünya birliyində hörmət və nüfuzunun ifadəsidir

Bakı. Trend:

Dünyada tüğyan edən koronavirus pandemiyasının beynəlxalq əməkdaşlığın miqyas və intensivliyinə mənfi təsir göstərməsi beynəlxalq icmanın həyat ritminin davam etdirilməsi istiqamətində yeni formaların axtarılıb tapmasını obyektiv zərurətə çevirir. Bu mənada Azərbaycanın geniş vüsət almış beynəlxalq təşəbbüslərinin COVİD-19 pandemiyası dövründə daha da artması diqqəti cəlb etməyə bilməz. Çox müxtəlif sahələrdə regional və beynəlxalq təşəbbüslərin müəllifi olan Azərbaycan pandemiya dövründə yeni və müasir formatlarda beynəlxalq təşəbbüskarlığı ilə seçilməkdədir.

Trend-in məlumatına görə, bu fikirlər Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədovun “Azərbaycan” qəzetinin saytında dərc olunmuş “Prezident İlham Əliyevin təşəbbüsü və beynəlxalq əməkdaşlığın yeni imkanları” sərlövhəli məqaləsində bildirilib.

Əli Əhmədov məqaləsində qeyd edib: “Cari ilin aprel və may aylarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə pandemiyaya qarşı mübarizədə regional və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi imkanlarının Türk Şurası və Qoşulmama Hərəkatı çərçivəsində videokonfrans formatında müzakirə edilməsi bütün dünya miqyasında böyük rezonans doğurdu. Azərbaycan Prezidentinin təşəbbüsü əsasında təşkil edilən həmin müzakirələrin COVİD-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq həmrəyliyin və əməkdaşlığın genişləndirilməsinə diqqətin artırılmasında mühüm rol oynaması xüsusilə vurğulanmağa layiqdir. Elə bunun nəticəsidir ki, Qoşulmama Hərəkatına üzv olan dövlətlər tərəfindən Prezident İlham Əliyevin təşəbbüsü yüksək qiymətləndirilmiş və koronavirus pandemiyası ilə mübarizədə qlobal həmrəylik və beynəlxalq əməkdaşlıq imkanlarının müzakirə edilməsinin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının gündəliyinə çıxarılması məqsədəuyğun hesab edilmişdir. Beləliklə, hazırda Qoşulmama Hərəkatının sədri olan Azərbaycan Prezidentinin təşəbbüsü əsasında BMT Baş Assambleyasının koronavirus pandemiyasına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi barədə tarixi qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsinə dünyanın 130 dövləti tərəfindən müsbət rəy bildirilməsi problemin aktuallığı ilə yanaşı Prezident İlham Əliyevin təşəbbüsünə yüksək diqqətin təzahürü hesab edilməlidir.

Azərbaycan Respublikasının Prezidentinin COVİD-19 pandemiyasına qarşı beynəlxalq əməkdaşlığın gücləndirilməsi təşəbbüsü müasir şəraitdə qlobal həmrəyliyin və əməkdaşlığın yeni imkanlarının dəyərləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Sübut etməyə ehtiyac yoxdur ki, ayrı-ayrı ölkələr arasında fikir ayrılıqlarının dərinləşməsi, qlobal xarakter kəsb edən problemlər ətrafında vahid mövqe formalaşdırmağın çətinləşməsi kimi meyllərin müşahidə olunduğu bir zamanda bütün dünyada ən ciddi təhdidə çevrilən COVİD-19-a qarşı birgə mübarizə qlobal etimadın və əməkdaşlığın möhkəmləndirilməsində unikal fürsətdir. Prezident İlham Əliyevin sözügedən təşəbbüsü irəli sürməkdə məqsədi də məhz dünya dövlətlərini və BMT-ni bu unikal fürsətdən faydalanmağa, hamıya eyni dərəcədə təhlükə olan ümumi bəlaya qarşı səyləri birləşdirməyə səsləməkdən ibarətdir. COVİD-19 kimi amansız virusa qarşı mübarizədə dövlətlərin çoxunun birgə mübarizə əvəzinə özünütəcridə meylli olması, qlobal təşəbbüs göstərilməməsi, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatının problemə yetərincə diqqət yetirə bilməməsi təşəbbüsün aktuallığını və əhəmiyyətini qat-qat artırır.

Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının videokonfrans formatında xüsusi sessiyasının çağırılması barədə qərarının qəbul edilməsi ölkəmizin və onun Prezidentinin dünya birliyində hörmət və nüfuzunun bariz ifadəsi sayılmalıdır. Azərbaycanın artan əhəmiyyəti və beynəlxalq iştirakçılığı onu beynəlxalq icmanın ən fəal və çevik iştirakçılarından biri kimi tanıtmışdır. Dəfələrlə Azərbaycan Prezidentinin regional və beynəlxalq əhəmiyyət kəsb edən təşəbbüslərinin beynəlxalq formatlarda müzakirə predmetinə çevrilməsinin, bir sıra hallarda isə xüsusi toplantıların çağrılmasına səbəb olmasının şahidi olmuşuq.

Bu xüsusda Prezident İlham Əliyevin beynəlxalq miqyaslı siyasi lider kimi statusunun getdikcə yüksəlməsi ayrıca qeyd edilməlidir. Onun təşəbbüslərinin, müxtəlif beynəlxalq formatlarda səsləndirdiyi çağırışların mühüm əhəmiyyət kəsb edən beynəlxalq qərarların əsasını təşkil etməsinin davamlı xarakter alması diqqəti cəlb etməyə bilməz. İlham Əliyev bir çox mötəbər beynəlxalq tədbirlərin arzuolunan və xüsusi hörmətli iştirakçısı sayılmaqdadır. Heç şübhəsiz, onun beynəlxalq miqyasda yüksək nüfuzlu lider imici Azərbaycanın diplomatik uğur və nailiyyətlərinin əvəzolunmaz resursudur.

Azərbaycanın beynəlxalq həmrəylik sahəsində hər bir təşəbbüsü, o cümlədən ümumdünya miqyasında fəlakətə çevrilmiş koronavirus pandemiyasına qarşı mübarizə sahəsində əməkdaşlığın əlaqələndirilməsi məqsədilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağrılması ilə əlaqədar təşəbbüsü ölkəmizin beynəlxalq əməkdaşlığa açıq, tolerant, demokratik, özünü dünya birliyinin bir hissəsi kimi dərk edən dövlət olmasından xəbər verir. Pandemiya dövründə Azərbaycan bir daha beynəlxalq həmrəyliyə və əməkdaşlığa sədaqətin bariz nümunələrini göstərdi. COVİD-19-a qarşı mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırmağımız, 30-dan çox ölkəyə humanitar yardım göndərməyimiz bu fikirlərin əyani təsdiqidir. Ölkəmiz bir daha sübuta yetirdi ki, dünya birliyi üçün əhəmiyyət kəsb edən heç nə ona yad deyil. Sülh, əmin-amanlıq, təhlükəsizlik, separatizmə və terrorizmə qarşı barışmazlıq, dövlətlərin ərazi bütövlüyünə hörmət, ədalət və bərabərlik kimi bəşəri dəyərlərə dərindən sədaqət Azərbaycan dövlətinin xarici siyasət sahəsində, beynəlxalq münasibətlər müstəvisində fəaliyyətinin fundamental prinsipləridir. Dünya birliyində bir sıra hallarda qarşılıqlı etimadın və həmrəyliyin çatışmadığı indiki dövrdə sadalanan həmin prinsiplər xüsusi əhəmiyyət kəsb edir. Məhz həmin prinsiplərə inam dövlətimizin beynəlxalq mövqeyini möhkəmləndirir, onun diplomatik nailiyyətlərinin fundamentini təşkil edir, Azərbaycanın beynəlxalq hüquq və dəstəkdən faydalanmaq imkanlarını qat-qat gücləndirir.

İnanıram ki, Prezident İlham Əliyevin yeni təşəbbüsü həm amansız COVİD-19 pandemiyasına qarşı beynəlxalq mübarizənin daha səmərəli şəkildə təşkil edilməsində, həm də qlobal miqyasda əməkdaşlıq və həmrəyliyin möhkəmləndirilməsində yeni imkanlar yaradacaq. Bu təşəbbüs eyni zamanda, diplomatiya tariximizə ümumdünya problemlərinin həllinə Azərbaycanın yeni və əhəmiyyətli töhfəsi kimi daxil olacaq”.

"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə  açıq müsabiqə elan edir
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə açıq müsabiqə elan edir
Dəniz Limanı xəbərdaredici nişanların satınalması üzrə açıq müsabiqə elan edir
Dəniz Limanı xəbərdaredici nişanların satınalması üzrə açıq müsabiqə elan edir
Loading Bars
Xəbər lenti
ABŞ ÜST-ü tərk etmək barədə qərar qəbul edib
Çilidə koronavirusa yoluxanların sayı 300 mini ötüb
Futbol üzrə İngiltərə çempionatında "Çelsi" "Kristal Pelas"a qalib gəldi
İqtisad Universitetinin sabiq rektoru vəfat edib
Fatma Yıldırım: Dövlətimiz koronavirus pandemiyasının yayıldığı ilk günlərdən etibarən düşünülmüş, sistemli tədbirlər həyata keçirir
Binəqədidə təmir sexində iki avtomobil yandı
AZAL Bakı və İstanbul arasında uçuşların sayını həftədə 4 reysədək artıracaq
Bakıda polisin qanuni tələblərinə əməl etməyən şəxs həbs edilib
Ağcabədidə top mərmisi tapılıb (FOTO)
Kür çayında batan 15 yaşlı yeniyetmənin cəsədi tapılıb
Buraxılış imtahanlarının nəticələri açıqlandı
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
AZAL Bakı-London-Bakı üzrə xüsusi reyslərə aviabilet satışına başlayır
Mustafa Şəntop yenidən Türkiyə parlamentinə sədr seçilib
Üzərində Putin və Trampın imzaları olan beysbol topu satışa çıxarılıb
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər? - SORĞU
ABŞ-da dünyanın ən uzunömürlü siam əkizləri vəfat edib
Böyükşor gölünün suyuna kimyəvi maddələrin qarışdığı sübut olunarsa, təmizlənməsi üçün tədbirlər görüləcək - Hikmət Əlizadə
Bu ildən dövlət sifarişi əsasında qəbul olunacaq doktorantların təhsil xərcləri də dövlət hesabına maliyyələşdiriləcək - Nazirlik
Arzu Nağıyev: "Kürəkçay" müqaviləsinin mətni hər yerdə var, orada heç erməni adından söhbət getmir (VİDEO)
Karantini pozan taksi sürücüsü saxlanılıb
"TikTok" ABŞ-da qadağan edilə bilər
Azərbaycan Milli Antidopinq Agentliyinin əməkdaşları Beynəlxalq inspektor statusu alacaq
Bakıda karantin zamanı hərbçini təhqir edən şəxs həbs edildi
Yaponiyada ABŞ-ın aviabazasında koronavirusa yoluxma qeydə alınıb
Böyükşor gölünə “Azərsu”ya məxsus kanalizasiya infrastrukturundan tullantı suları axıdılmır - Anar Cəbrayıllı
Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxdu, 453 nəfər sağaldı, 7 nəfər öldü
Dövlət Məşğulluq Agentliyi iqtisadiyyatın aktual sahələri üzrə peşə və ixtisaslara dair tanıdıcı videoçarxlar hazırlayıb
Sürət həddini aşan qadın sürücü saxlanılıb
Türkiyədə meşə yanğını olub, boğaz bağlanıb
Siyasi partiyalar arasında geniş müzakirələrin aparılması üçün görüş keçirilib (FOTO)
Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib (FOTO)
Bakıda qanunsuz narkotik istifadəçisi həbs olundu
Böyük Britaniyada restoranlar açılandan bir neçə gün sonra yenidən bağlanıb
“AzInTelecom” Azərbaycanda ilk dəfə keçirilən “Aquahack” virtual hakatonuna dəstək verdi
Vüqar Rəhimzadə: Mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır
Özünü müxalifət adlandıran antimilli şura Ermənistanla eyni mövqedən çıxış edir - Elçin Mirzəbəyli
AQTA 95 müəssisədə qayda pozuntusu aşkarladı (FOTO)
Kürdəmirdə bir nəfər Kürdə batıb
Hulusi Akar: Liviya liviyalılarındır
"Azəriqaz" iyunda 11 mindən çox müraciəti araşdırıb
İyulun 8-də dolların manata qarşı məzənnəsi
"Abituriyentlər üçün dərs vaxtı"nın sabahkı cədvəli açıqlanıb
Ali məktəblərdə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı qərara dəyişiklik edildi
Prezident İlham Əliyevin çağırışına uyğun olaraq YAP tərəfindən “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabı nəşr olunub
Nyu-Yorkda quşla toqquşan təyyarə təcili eniş etdi
ÜST: Təmasın izlənilməsi COVID-19-un yayılmasının qarşısını almaq üçün ən effektiv üsuldur
Arzu Nağıyev: Ermənistan hakimiyyəti cinayətkar, oğru və rüşvətxorlardan ibarətdir (VİDEO)
Məhkəmə-Hüquq Şurası haqqında qanuna dəyişiklik təsdiqləndi
Kapital Bank filialların önündə müştəriləri günvurmadan qoruyur (FOTO)
Sahibkarlığın stimullaşdırılması, yerli istehsala dəstək, iqtisadi hədəflər...
BNA sərnişindaşımaya nəzarəti gücləndirdi
Prezident İlham Əliyev Yaponiya imperatoruna başsağlığı verib
Sərt karantin rayonlarından İsmayıllıya istirahətə gələnlər aşkarlandı (FOTO)
“Virtual məktəb”də müəllimlər üçün fənlər üzrə ixtisas hazırlığına start veriləcək
Dr.Mehdi Əliyev: Sağalan pasiyentlərimizi böyük sevinclə evə yola salırıq (FOTO)
Rusiyada meşə yanğınları ilə əlaqədar 8 regionda fövqəladə vəziyyət elan edilib
Sahibkarlığın kreditləşməsində yeni mexanizmlər tətbiq olunacaq
Qubaya icazəsiz istirahətə gələn sürücülər cərimələndi (FOTO)
Azərbaycanda koronavirusa yoluxan və ölənlərin bölgələr üzrə son statistikası
Bakıda "103" xidmətinə digər xəstəliklər üzrə çağırışlarla bağlı heç bir dəyişiklik edilməyib
Sumqayıtda supermarketlər və apteklərdə maska taxmayanlara qarşı reydlər keçirildi (FOTO/VİDEO)
Azərbaycan dünya miqyasında qətiyyətli addımlarla hərəkət edən ölkədir - Politoloq
Çində məktəbliləri aparan avtobus su anbarına aşdı: 20-dən çox ölü
Azərbaycanda yeni elektron kommersiya platforması fəaliyyətə başladı
AzMİU-nun müəllimi ilk virtual hackathonun qalibi olub
Koronavirus zamanı ticarət obyektlərində hansı tələblər yerinə yetirilməlidir? Videoçarx
Böyük Şor gölündən götürülən su nümunəsi ilə bağlı analizlərin nəticəsi məlum olub
İranda 1 gündә koronavirusdan 200 nәfәr öldü
“Atəşgah” SŞ zərərlərin qiymətləndirilməsində yeni xidmətlər tətbiq etməyə davam edir
İqtisadi islahatların daha çox mənimsənildiyi sahələrdə artım davam edir - Tahir Mirkişili
"Zaminbank”ın sabiq sədri 16 milyon manat mənimsəməkdə təqsirləndirilir
Abşeronda karantini pozan dönərxana və kafe aşkar edilib (FOTO/VİDEO)
Bibiheybətdə neft mədəninin ərazisinin zəbt olunması ilə bağlı məsələni polis nəzarətə götürüb
Azər Badamov: Qeyri-neft iqtisadiyyatımız bu çətin pandemiya dövründə də artıb
Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
Firdovsi Umudov: Pandemiyadan sonra idmançılarımız yenidən qızıl medalları ölkəmizə gətirəcək
Pandemiya dövründə istehlakçıların məsuliyyəti
AMEA-nın Birinci xüsusi şöbəsinin rəisi dünyasını dəyişdi
Azərbaycanda qızıl və gümüş bahalaşıb
İstehlakçılar və sahibkarlar öz sosial məsuliyyətlərini unutmamalıdırlar
Pandemiya dövründə 1000 nəfərədək məhkum vaxtından əvvəl şərti azadlığa buraxılıb
Peşə məktəblərində ilk dəfə subbakalavr səviyyəsi üzrə tələbə qəbulu aparılacaq (FOTO)
Monqolustanda daşqınlar nəticəsində 8 nəfər ölüb
Nehrəmdə avtobus aşıb, ölən var
KOB dostlarının xidmətlərindən istifadə etmək istəyən sahibkarların nəzərinə!
Prezidentə yazırlar: Sizin rəhbərliyinizlə dövlətimizin həyata keçirdiyi tədbirlər xalqımızda böyük qürur hissi yaradıb
Hindistan və Çinin xüsusi nümayəndələri arasında sərhəd bölgəsində baş verən son hadisələrə dair danışıq aparıb
Azərbaycana daha çox hansı ölkələrdən sifarişlər daxil olur?
Yankauskas: Azərbaycan qazı Aİ ilə Azərbaycan arasında ticarət dövriyyəsini artırmağa imkan verəcək
Azərbaycan beynəlxalq səviyyədə də COVID-19-a qarşı mübarizədə yüksək fəallıq göstərib - Kamran Bayramov
IBA Miles kartları ilə gələcək səyahətlər üçün indidən millər topla!
Pandemiya dövründə Azərbaycandan ən çox sifariş edilən məhsullar açıqlanıb
Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılmasından 2 il ötür
Rusiyada son sutkada 198 nəfər koronavirusdan öldü
Kiçik su elektrik stansiyalarının fəaliyyəti yaxşılaşdırılacaq (FOTO)
Son 6 ildə Azərbaycana daxil olan Kür suyunun həcmi 25 faiz azalıb
Çoxüzlü Arlem Dezin ATƏT-i rüsvay edir - "Politşou" təqdim edir (Videolayihə)
Həkim səhvi 19 futbolçunun koronavirusa yoluxmasına səbəb oldu
1 482 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
Bütün xəbərlər