Elmar Məmmədyarov: Virusun sürətlə yayılması bütün bəşəriyyət üçün ciddi bir çağırışdır

Elmar Məmmədyarov: Virusun sürətlə yayılması bütün bəşəriyyət üçün ciddi bir çağırışdır

Bakı. Trend:

Virusun sürətlə yayılması bütün bəşəriyyət üçün ciddi bir çağırışdır, çünki dünyanın hər bir hissəsində insan sağlamlığına, təhlükəsizliyinə və rifahına bərpa edilməz zərərlər ilə nəticələnən xəstəlik və tələfat hallarının sayı günbəgün artmağa doğru gedir. Sağlamlıq böhranından qat-qat iri olan, COVID-19 zərər çəkmiş ölkələrdə dağıdıcı sosial, iqtisadi və siyasi böhranlar və Davamlı İnkişaf Məqsədlərində (DİM) irəliləyiş əldə etməkdə əngəllər yaratmaq potensialına malik olduğunu nümayiş etdirdi.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov "Rəqəmsal bölünmələri bağlayın: COVID-19-a rəqəmsal cavab" mövzusunda konfransda çıxışı zamanı deyib.

Nazir bildirib: "Dünyanın Koronavirus pandemiyası (COVID-19) ilə apardığı mübarizənin davam etdiyi bir dövrdə, bu vacib görüşü təşkil etdiyinə görə Estoniya və Sinqapura təşəkkür etməkdən başlamaq istəyirəm.

Bir çox qeyd olunan təsirləri ilə yanaşı, pandemiya, həmçinin bu cür hallar zamanı davamlı cavab reaksiyasının qurulması üçün rəqəmsal texnologiyadan istifadə etmək qabiliyyətinin artırılması nə qədər vacib olduğunu qiymətləndirmək imkanını da verdi.

Pandemiyanın ilk günlərindən etibarən rəqəmsal texnologiyalar COVID-19 ilə mübarizə üzrə milli cavab strategiyaların mərkəzində olmuşlar. Məsələn, İnformasiya və Rabitə Texnologiyaları onlayn təhsilə çıxış təmin etmək, sağlamlıq vəziyyətinin monitorinqi üçün platformalar inkişaf etdirmək, həyati vacib məlumatları cəmiyyətə yaymaq və təcrid vəziyyətində qalanlara mal və xidmətlərin çatdırılmasını asanlaşdıran bir vasitəyə çevrilmişdir və sadalananlar yalnız bəzi nümunələrdir.

Azərbaycan da, eyni zamanda, istisna deyildi. COVID-19 təsirinə milli cavabımızın bir hissəsi olaraq İnformasiya və Rabitə Texnologiyalarından fəal şəkildə istifadə edirik. Pandemiya zamanı elektron xidmətləri hər bir şəxs üçün əlçatan edən vahid rəqəmsal platforma Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən istifadəyə verildi. Onlayn mağazalara, təhsilə, səhiyyəyə, əyləncəyə və malların çatdırılması ilə bağlı linkləri bir araya toplayan platforma istifadəçilərin onlara çıxışını asanlaşdırır. Platforma sosial məsafəni saxlamaq və evdə qalmaq üzrə tövsiyələr verir, o cümlədən onlayn biznesin yaradılması və aparılması ilə bağlı təlimlər daxil olmaqla bir sıra onlayn təhsil imkanlarını təklif edir.

Bununla yanaşı, karantin rejimi zamanı insanların evdən çıxmasına icazə verilməsini tənzimləyən elektron platforma və Azcloud infrastrukturuna əsaslanan yeni video konfrans sistemi yaradıldı.

Təhsil prosesinin davamlılığını təmin etmək üçün hərtərəfli distant təhsil sisteminə təkan verildi. Milli televiziya kanalları televiziya dərslərini yayımlayır, həmçinin bu dərslərin çəkilişi Təhsil Nazirliyinin təlim platformasında yerləşdirilir və onlayn olaraq mövcuddur. Əksər universitetlər Təhsil Nazirliyinin təqdim etdiyi onlayn təlim platformalarından ödənişsiz olaraq istifadə edirlər.

Pandemiya, eyni zamanda, göstərdi ki, informasiya və rabitə texnologiyası vasitələrinə və genişzolaqlı rabitəyə giriş baxımından başlanğıc nöqtəsi hamı üçün eyni olmadı, çünki inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında bölgələrarası və bölgələrdaxili rəqəmsal bölünmə var.

Bununla əlaqədar olaraq, ölkələrə ehtiyatları səfərbər etmək və uzaqdan mal və xidmətlər göstərmək üçün müasir və kontekstə uyğun həll yolları tətbiq etməkdə köməklik göstərmək məqsədilə səylərin birləşdirilməsi vacibdir. Yalnız dövlətlər və beynəlxalq ictimaiyyət arasında həmrəylik və əməkdaşlıq sayəsində hamı üçün təhlükəsizlik və rifaha nail ola bilərik.

Bundan irəli gələrək, Azərbaycan Qoşulmama Hərəkatının hazırkı sədri kimi ilk dəfə olaraq video-konfrans vasitəsilə zirvə görüşünü həyata keçirdi və 2020-ci ilin may ayında video-konfrans vasitəsilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə zirvə görüşününün keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatına, xüsusilə Afrika, Asiya və Latın Amerikasındakı ehtiyacı olan əhaliyə kömək etmək məqsədi ilə 10 milyon ABŞ dolları ayırmışdır.

Bu yaxınlarda Azərbaycan Qoşulmama Hərəkatının üzv dövlətləri adından BMT üzv dövlətlərinin əksər çoxluğunun dəstəyi ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etdi. İnanırıq ki, bu sessiya həm də COVID-19-a cavab olaraq İnformasiya və Rabitə Texnologiyalarından nə qədər yaxşı istifadə edə biləcəyimizi araşdırmaq və bu sahədə təcrübə mübadiləsini davam etdirmək üçün bir platformanı təmin edəcəkdir".

Pərvin Kərimzadə: “Qarabağ” dayaq blokunun istifadəyə verilməsi mühüm hadisədir
Pərvin Kərimzadə: “Qarabağ” dayaq blokunun istifadəyə verilməsi mühüm hadisədir
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibi təsdiq edildi - SƏRƏNCAM
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibi təsdiq edildi - SƏRƏNCAM
Prezident İlham Əliyev Bakıya gətirilmiş TX modelli yeni "London taksi"ləri ilə tanış olub (FOTO)
Prezident İlham Əliyev Bakıya gətirilmiş TX modelli yeni "London taksi"ləri ilə tanış olub (FOTO)
Loading Bars
Xəbər lenti
Peşə təhsili üzrə kadr hazırlığının təşkili ilə bağlı yeni memorandum imzalandı
Azərbaycanda 93 nəfər koronavirusa yoluxdu, 202 nəfər sağaldı
Qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən subbakalavrların qeydiyyatına başlanılıb
PAŞA Bank ailəsinə qoşulun!
Ağdaşda ictimai nəqliyyatda tibbi maska taxmayan sürücü və sərnişinlər cərimələnib (FOTO)
Hindistanda avtobus yandı - Ölənlər var
İcra hakimiyyəti Nərimanovda inşa edilən futbol meydançasının tikintisini dayandırıb (FOTO)
Karantin qaydalarını pozaraq Qubaya gələn 7 nəfər məsuliyyətə cəlb olundu
"Ziraat Bank Azərbaycan"ın ödənişləri artıq eManat terminallarında!
Pərvin Kərimzadə: “Qarabağ” dayaq blokunun istifadəyə verilməsi mühüm hadisədir
Kürdəmirdə "Mercedes" traktora çırpılıb, ölən var
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibi təsdiq edildi - SƏRƏNCAM
Çindən gələn nümayəndə heyəti videokonfrans keçirdi (FOTO)
Şotlandiyada qatar relsdən çıxaraq yanıb (FOTO)
Xəzərin mühafizəsi ilə bağlı növbəti aksiya keçirildi (FOTO)
Neftçalada karantin qaydalarını pozaraq yas mərasimi keçirənlər cərimələnib (FOTO)
ÜST: Rusiyadakı peyvəndlə bağlı aparılan sınaqların təfərrüatı nəzərdən keçiriləcək
Təhsil Nazirliyi: Məktəblərə tədrisin təşkili ilə bağlı heç bir təlimat verilməyib
Baş Prokurorluq on altı yaşına çatmayan şəxsə zor tətbiq edilməsi ilə bağlı məlumat yaydı
Məktəblərdə bir dərs 35 dəqiqə, tənəffüs müddəti isə 10 dəqiqə olsun - TƏKLİF
Prezident İlham Əliyev Bakıya gətirilmiş TX modelli yeni "London taksi"ləri ilə tanış olub (FOTO)
I, V, IX siniflər üçün həftədə üç, X və XI siniflər üçün dərslər tam onlayn qaydada keçirilsin - TƏKLİF
190 manat almaq üçün 278 min şəxsin siyahısı aidiyyəti banklara göndərilib - Nazirlik
Paris marafonu koronavirusa görə ləğv olunub
Pandemiyadan zərər çəkmiş bu şəxslərə təkrarən yardımların verilməsinə başlanıldı
DANX: Sərnişindaşımanın bərpası yalnız Operativ Qərargahın qərarından sonra bəlli olacaq
Azərbaycanda qızıl və gümüş kəskin ucuzlaşdı
Bu sərəncam sadəcə hərb tariximizə deyil, həm də ümumbəşəri dəyərlərə verilən ən yüksək qiymətdir - Cəlil Xəlilov
Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı (VİDEO)
Hikmət Hacıyev: Ermənistanın Milli Təhlükəsizlik Strategiyası sanki saxta tarix dərsliyidir
İranda sutka ərzində koronavirusdan 188 nəfər ölüb
Mədəniyyət nazirinin yeni müşaviri təyin edilib
“Barselona”nın futbolçusu koronavirusa yoluxub
8027 obyektdə sanitar-epidemioloji tələblər pozulub
Ötən gün yol qəzalarında 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Sabah Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq
Avstraliyada koronavirusdan gündəlik ölüm sayı rekord həddə çatıb
Avtobus sürücüsü ehtiyatsızlıqdan iş yoldaşını vurub öldürdü
"Gələcəyimiz gənclərdir" festivalı baş tutub (FOTO)
Salyanda narkotik bitki əkib-becərən şəxs saxlanılıb (FOTO/VİDEO)
Biləsuvarda sanitar-karantin qaydalarını pozan 35 nəfər cərimə edilib
DİM imtahan verəcək abituriyentlərə müraciət etdi
Rusiyada koronavirusa yoluxanların sayı 900 min nəfəri keçdi
“Twitter”də yeni funksiya işə düşüb
Ceyhun Bayramov: Biz münaqişənin siyasi yolla, danışıqlarla həll edilməsi tərəfdarıyıq
Bu il sosial ödənişlər 707 milyon manat artıb
Azərbaycan neftinin qiymətləri dəyişib
Ceyhun Bayramov: Türkiyə-Azərbaycan əməkdaşlığı regionun inkişafına da xidmət edir
Türkiyə Milli Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycana gəlir
Salyanda sanitar-karantin qaydalarını pozan 12 nəfər cərimə edilib (FOTO/VİDEO)
Zaqatalada evdə nişan mərasimləri keçirənlər cərimələnib (VİDEO)
MİDA-nın keçirdiyi mənzillərin elektron satışı şəffaflığın təmin edilməsi baxımdan vacibdir - Ekspert
Buraxılış imtahanında iştirak etməyənlərin qəbul imtahanında iştirakına icazə verildi
Ceyhun Bayramov "CNN Türk"ə Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribat barəsində danışıb
9 hakimin fəaliyyətinə xitam verilib (VİDEO)
Ermənistanda fövqəladə vəziyyət daha bir ay uzadıldı
24 subartezian quyusunun qazılmasına 756 min manat ayrılıb - SƏRƏNCAM
Baş Prokurorluq sosial şəbəkələrdə yayılan işgəncə fotoları ilə bağlı məlumat yayıb
Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub (FOTO)
Sabah 19197 abituriyent qəbul imtahanı verəcək
Pekin aeroportlarında 600-dək reys təxirə salınıb
Ermənistanda 201 yeni yoluxma qeydə alınıb
Narkotik becərən şəxs “iş başında” saxlanıldı (FOTO)
Türkiyədə baş verən zəlzələ Naxçıvanda hiss edilib
Mədəniyyət Nazirliyinin şöbə müdiri işindən ayrılıb (FOTO)
Ceyhun Bayramov Türkiyə televiziyasına müsahibə verib
Monqolustanda bubon taunundan ikinci ölüm qeydə alınıb
Pirşağı qəsəbəsinin bütün küçələri təmir edilir (FOTO)
Bu gün Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək
Dünya bazarlarında ən çox bahalaşan məhsullar açıqlanıb
Cəlilabadda karantini pozan kafe aşkarlandı
İmişlidə bıçaqlanma olub: 1 ölü, 1 yaralı
Azərbaycanda kəhrizlərin 332-si erməni işğalı altındadır - İnstitut direktoru
Cənubi Koreyada güclü yağışlar 33 nəfərin ölümünə səbəb olub
BNA: Hazırda gün ərzində 1.600.000-dən artıq sərnişin səfər sayı qeydə alınır
Braziliyada bir gündə koronavirusdan 1 274 nəfər ölüb
İsmayıllıda tarixi abidə və sənət nümunələri tapılıb (FOTO)
Ermənistan atəşkəsi 35 dəfə pozdu
Azərbaycanda yaşı 15-dən çox olan əhalinin 15,2 faizi siqaret çəkir
Avqustun 12-də xarici valyutaların manata qarşı məzənnələri
"Google" ən geniş zəlzələ xəbərdarlığı şəbəkəsini yaratmağı planlaşdırır
Türkiyədə 4,4 bal gücündə zəlzələ olub
Mingəçevirdə birmərtəbəli evdə yanğın olub, xəsarət alan var
Qazaxıstanda daha 691 nəfər koronavirusa yoluxub
İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib
"Comex" birjasında qızılın qiyməti düşüb
İsraildə koronavirusa yoluxanların sayı 86 min nəfəri ötüb
Bağdadın "yaşıl zona"sı raket hücumuna məruz qalıb
Moskvada bir sıra aviareys ləğv edilib
"Şaxtyor" və "Sevilya" Avropa Liqasının yarımfinalına yüksəliblər
Beyrutda toqquşmalar zamanı 42 nəfər xəsarət alıb
Moskvada koronavirusdan ölənlərin sayı 4 611 nəfərə çatıb
Batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub
Bayden ABŞ vitse-prezidenti vəzifəsinə namizəd seçib
ÜST dünyada koronavirusla bağlı son statistikanı açıqlayıb
“Hədəf” də gündəmin ən aktual mövzuları təhlil olunub (FOTO)
Paytaxtda 1 nəfər liftin şaxtasına yıxılaraq xəsarət alıb
Beyrutda baş vermiş partlayışda ölənlərin sayı artıb
PAŞA Bank əməkhaqqı kart sahibləri üçün “Rahat-Yol” kartlarına 20% endirim!
Beynəlxalq Gənclər Gününə həsr olunmuş konfransda Azərbaycan həqiqətləri Avropa Gənclərinin diqqətinə çatdırıldı (FOTO)
Bütün xəbərlər