...

Qobustan rayonunun Təklə Mirzəbaba kəndində yeni məktəb tikiləcək - SƏRƏNCAM

Siyasət Materials 30 İyul 2020 14:54 (UTC +04:00)
Qobustan rayonunun Təklə Mirzəbaba kəndində yeni məktəb tikiləcək - SƏRƏNCAM

Bakı. Trend:

Prezident İlham Əliyev Qobustan rayonunun Təklə Mirzəbaba kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Trend-in məəlumatına görə, sərəncamda qeyd edilir ki, Qobustan rayonunun Təklə Mirzəbaba kəndində 132 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılsın.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti