...

Anna Akopyanın Dağlıq Qarabağda qadınları hərbi təlimlərə cəlb etməsi təxribatdır - Türkiyəli Politoloq

Siyasət Materials 4 Sentyabr 2020 16:57 (UTC +04:00)
Anna Akopyanın Dağlıq Qarabağda qadınları hərbi təlimlərə cəlb etməsi təxribatdır - Türkiyəli Politoloq

Bakı. Rufiz Hafizoğlu - Trend:

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı, "Qadınlar sülh uğrunda" təşəbbüsün müəllifi Anna Akopyanın təşəbbüsü ilə erməni qadınlarının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində hərbi təlim keçmələri tərxibatdır.

Bunu Trend-ə xarici siyasət üzrə türkiyəli ekspert, “DailySabah” və “Superhaber” qəzetlərinin yazarı Merve Şebnem Oruç bildirib.

O qeyd edib ki, Nikol Paşinyanın baş nazir olmadan öncə Azərbaycan və Türkiyə ilə dialoqa hazır olmasını söyləməsinə baxmayaraq baş nazir olduqdan sonra yürütdüyü siyasət bunun tam əskini göstərdi və təzadlı olduğunu göstərdi.

“Bilindiyi kimi, Paşinyan bundan əvvəl işğal altında olan Dağlıq Qarabağa səfər etmişdi və Qarabağdan səsləndirdiyi fikirlər də narahatedici və provakativ idi. Akopyan da bu təxribatı davam etdirir” - deyə, Merve Şebnem Oruç bildirib.

O qeyd edib ki, Anna Akopyanın hərbi formada xaricə verdiyi mesaj da diqqətdən qaçmamalıdır.

“Bir müddət bundan əvvəl dörd senatorun Dağlıq Qarabağı “müstəqil dövlət” ikimi tanıması haqda məktubu yayımlanıb ki, bu, çox utancverici bir haldır. Ayrıca, bu, onu göstərir ki, son dönəmdə ABŞ-dakı erməni lobbisi daha aktiv fəaliyyətə başlayıb” - deyə, politoloq qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti