...

İbrahim Kalın: Ankara Bakını dəstəkləyir və Ermənistanın Azərbaycandakı son hərəkətlərini qınayır

Siyasət Materials 27 Sentyabr 2020 12:10 (UTC +04:00)
İbrahim Kalın: Ankara Bakını dəstəkləyir və Ermənistanın Azərbaycandakı son hərəkətlərini qınayır

Bakı. Trend:

Ankara Bakını dəstəkləyir və Ermənistanın Azərbaycandakı son hərəkətlərini qınayır.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın yazıb.

İ.Kalın bildirib: "Ermənilərin Azərbaycana hücumunu qətiyyətlə pisləyirik. Ermənistan mülki yaşayış məntəqələrinə hücum edərək və sülh və sabitliyə qarşı çıxdığını bir daha nümayiş etdirərək atəşkəsi pozdu. Beynəlxalq ictimaiyyət bu təhlükəli təxribatları dərhal dayandırmalıdır".

Türkiyə prezidentinin nümayəndəsi əlavə edib ki, Ankara "bu hücumlar fonunda" Bakını dəstəkləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti