Vaqif Dərgahlı: Düşmən Goranboy rayonu ərazisini atəşə tutub

Siyasət Xəbər 28 Sentyabr 2020 19:15 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Düşmən Goranboy rayonunun Yuxarı Ağcakənd və Qaramusalı kəndlərini artilleriya atəşinə məruz qoyub.

Trend-in məlumatına görə, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik bildirib.

Onun sözlərinə görə, mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyməyib: "Kənd sakinləri arasında itki yoxdur".

V. Dərgahlı bildirib ki, düşmənə qarşı bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti