...

Vaqif Dərgahlı: Ermənistan tərəfi köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir

Siyasət Materials 29 Sentyabr 2020 11:36 (UTC +04:00)
Vaqif Dərgahlı: Ermənistan tərəfi köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir

Bakı. Trend:

Ermənistan tərəfi köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir.

Trend-in məlumatına görə, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib: "Azərbaycan Ordusunun ard-arda uğurlu döyüş əməliyyatlarından çıxılmaz vəziyyətə düşən Ermənistanın hərbi təbliğat maşını informasiya məkanında genişmiqyaslı təxribata başlayıb. Belə ki, Ermənistan tərəfi həmişə olduğu kimi əvvəlki döyüşlərdən olan köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir. Məqsəd öz uğursuzluqlarını əhalisinə uğurları kimi təqdim etməkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti