...

Artıq düşmən cəbhəyə qadınlarını göndərir - Vaqif Dərgahlı

Siyasət Materials 2 Oktyabr 2020 13:50 (UTC +04:00)
Artıq düşmən cəbhəyə qadınlarını göndərir - Vaqif Dərgahlı

Bakı. Trend:

Əldə olunan məlumata əsasən, son günlər davam edən şiddətli döyüşlər nəticəsində xeyli itki verən düşmən ciddi şəkildə şəxsi heyət çatışmazlığı ilə üzləşir.

Trend-in məlumatına görə, bunu Müdafiə Nazirıliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, buna səbəb çoxlu sayda itkilərlə yanaşı Ermənistan silahlı qüvvələrinin bir sıra ön xətt bölmələrin şəxsi heyətinin demoralizə olunması, bir çox hərbi qulluqçunun isə ümumiyyətlə döyüşdən imtina etməsidir:

"İtkilərinin günü-gündən artması və ehtiyat qüvvələrinin az olması Ermənistan müdafiə nazirliyini ölkə qadınlarına müraciət etməyə vadar edib. Ermənistan müdafiə nazirliyi tərəfindən artıq qadın batalyonu yaradılıb və hazırda komplektləşdirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti