Bakı. Nərgiz Sadıxova - Trend:
Ukrayna öz ölkəsinin suverenliyini və ərazi bütövlüyünü müdafiə edən qardaş Azərbaycan xalqının hisslərini çox gözəl başa düşür.
Trend-in məlumatına görə, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskinin 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrikində deyilir.
Səfir öz “Twitter” hesabında yazıb: “Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm!”