...

Türk Şurası Azərbaycana başsağlığı verib

Siyasət Materials 3 Dekabr 2020 21:50 (UTC +04:00)
Türk Şurası Azərbaycana başsağlığı verib

Bakı. Trend:

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycana başsağlığı verib.

Trend-in məlumatına görə, bu barədə təşkilatın rəsmi "Twitter" hesabında qeyd olunub.

"Türk Şurası üzv dövlət, qardaş Azərbaycanın ərazi bütövlüyü uğrunda haqq mübarizəsində öz vətənini qorumaq üçün həyatını verən 2783 şəhidə Allahdan rəhmət diləyir. Bütün qazilərin tezliklə sağalmasını arzulayır. Azərbaycana və bütün Türk dünyasına başsağlığı verir", - başsağlığında qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti