...

Ərdoğanın Azərbaycana olan diqqəti, məlumatlılığı çox dərin köklərə söykənir - Ekspert

Siyasət Materials 11 Dekabr 2020 14:39 (UTC +04:00)
Ərdoğanın Azərbaycana olan diqqəti, məlumatlılığı çox dərin köklərə söykənir - Ekspert

Bakı. Samir Əli - Trend:

Türkiyə-Azərbaycan qardaşlığı və birliyi böyük və tarixi həqiqətlərə söykənir, bu birlik elə bir sarsılmazlığa əsaslanır ki, onun müasir dünyada, geosiyasi arenada bənzəri yoxdur.

Bu Trend-ə açıqlamasında “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev noyabrın 10-da Bakıda keçirilən Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, qardaş ölkənin dövlət və hakimiyyət nümayəndələrinin, eləcə də Türkiyə Silahlı Qüvvələrinin iştirakını şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra bu münasibətlərdə möhkəmlənmə başlayıb və xüsusilə, Ulu Öndər Heydər Əliyevin qətiyyəti, uzaqgörənliyi sayəsində həmin münasibətlər hazırda bax bu cür sarsılmaz təməllərə söykənib: “Təbii ki, həmin siyasəti daha modern üsulda davam və inkişaf etdirən Prezident İlham Əliyev nəhəng uğurlara imza atdı və bu uğurların məntiqi nəticəsini biz Zəfər paradında müşahidə etdik”.

Bəhruz Quliyev hesab edir ki, bu yol heç də asan başa gəlməyib və həmin uğura imza atmaq üçün tarixi strateji müttəfiqlik gerçəklikləri dayanır – iqtisadiyyat, sənaye, həbri və s. sahələr üzrə ən optimal əməkdaşlıqlarımız mövcuddur və bütün bunlara təkan verən daha bir faktor Azərbaycan Prezidenti İlham Əliyevlə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı qardaş münasibəti, göstərdikləri qətiyyətdir: “Bax, bu qətiyyət özünü haqqında bəhs etdiyimiz Zəfər paradında daha geniş spketordan sərgiləmiş oldu. Cənab Ərdoğanın çıxışında bu həqiqətlər səsləndi. Onun cənab İlham Əliyev haqqında fikirləri, Bəxtiyar Vahabzadənin şeiri ilə çıxışına başlaması, tarixi milli qəhrəmanlarımızın adlarını çəkməsi, eləcə də işğaldan azad edilmiş rayon və şəhərlərimizi ayrı-ayrılıqda sadalaması sübut edir ki, qardaş ölkənin dövlət başçısının Azərbaycana olan diqqəti, bilgisi çox dərin köklərə söykənir. O cümlədən, Qarabağda şücaət göstərmiş Azərbaycan Ordusunun qəhrəmanlıqları barədə danışan, türk Silahlı Qüvvələrinin Qarabağdakı sülhməramlı missiyasındakı fəaliyyətlərindən bəhs edən Türkiyə prezidenti qələbə münasibəti ilə təbrikində dövlət başçımız cənab İlham Əliyevə “qardaşım”, deyə müraciət etməsi qarşıda daha möhkəm birliyin mövcud olması anonslarını verməkdədir”.

“Yeri gəlmişkən, onu da xatırladım ki, artıq Qarabağın bərpası istiqamətində Türkiyə şirkətlərinin işlərə cəlb edilməsi, layihələrdəki iştirakı da belə qənaətə gəlməyə zəmin yaradır ki, əzəli torpaqlarımızın çiçəklənməsində ən birinci yeri məhz qardaş ölkə tutacaq”, deyən siyasi ekpsertə görə Prezident İlham Əliyev yolların, sosial infrastrukturların və digər bir sıra quruculuq işlərinin mühüm hissəsinin Türkiyə şirkətləri tərəfindən həyata keçiriləcəyini vurğulayıb: “Belə bir missiyanın qürurverici tərəfi də məhz budur. Eyni zamanda, ölkələrimiz arasında vizasız, yalnız şəxsiyyət vəsiqəsi ilə gediş-gəlişin həyata keçirilməsi ilə əlaqədar verilən qərar da artıq bütün reallıqları ən gözəl, optimal mənəzərəsi ilə ortaya qoymaqdadır. Ona görə də, şərhimin əvvəlində qeyd etdim ki, belə bir qardaşlıq, əməkdaşlıq münasibətlərinin analoqu digər heç bir dövlətlər arasında yoxdur. “Bir millət, iki dövlət” kəlamı da bax bu gerçəkliyi ehtiva etməkdədir”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti