...

Kolumbiya mətbuatında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü haqqında növbəti dəfə danışılıb

Siyasət Materials 24 Dekabr 2020 08:27 (UTC +04:00)
Kolumbiya mətbuatında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü haqqında növbəti dəfə danışılıb

Bakı. Trend:

Kolumbiyanın “valaguela.com” (“Azərbaycan dünyada tolerantlıq modeli”) və “planesymas.com” (“Azərbaycanı yaxından tanı”) xəbər portallarında Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və Ermənistanın son hərbi təcavüzü barədə video müsahibəsi yayımlanıb (https://valaaguelaquesipuedo.com/azerbaiyan-nacion-modelo-de-tolerancia-en-el-mundo/ ).

Səfirlikdən Trend-ə verilən məlumata görə, münaqişənin Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi ilə başladığını bildirən səfir, Dağlıq Qarabağ və yeddi ətraf rayonla birlikdə Azərbaycanın beynəlxalq qaydada tanınmış ərazilərinin 20 faizinin Ermənistan tərəfindən 30 ile yaxın müddət erzinde işğal edildiyini və bu ərazilərdə yaşayan 1 milyona yaxın azərbaycanlı əhalini oradan qovduğu barədə məlumat verib.

Ermənistanın münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini dərhal və qeyd-şərtsiz azad etməsini tələb edən qətnamələrə məhəl qoymayaraq müxtəlif vaxtlarda təxribat xarakterli addımlar atdığını, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesini tamamilə pozduğunu, 27 sentyabrdan etibarən isə növbəti təcavüz cəhdinə əl atdığını qeyd edən səfir, Ermənistan tərəfinin beynəlxalq humanitar hüququn bütün norma və prinsiplərini pozaraq dinc əhalinin məskunlaşdığı əraziləri bombardman etdiyini söyləyib. Nəticədə Azərbaycan tərəfinin özünümüdafiə hüququ çərçivəsində ərazi bütövlüyümüzü bərpa etmək üçün əks-hücum əməliyyatları aparmağa başladığını qeyd edən səfir, 44 gün davam edən müharibə nəticəsində Azərbaycan torpaqlarının erməni işğalçılarından azad edildiyini həmçinin Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan üçtərəfli bəyanatla atəşkəsin elan edildiyini, razılaşmaya uyğun olaraq bölgədə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyini və razılaşmanın müddəalarının icrasına nəzarət məqsədilə Rusiya və Türkiyənin daxil olduğu birgə monitorinq mərkəzinin yaradıldığını söyləyib.

Səfir həmçinin, daim sülh tərəfdarı olan Azərbaycanın hər zaman münaqişənin yeganə həllinin erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması və məcburi köçkünlərin öz yurdlarına qayıtması ilə mümkün olacağını bəyan etdiyini vurğulayıb.

İşğaldan azad edilmiş Azərbaycan şəhərlərinin 30 il ərzində Ermənistan tərəfindən tamamilə darmadağın edildiyini, infrastruktur və tarixi-mədəni irsin kütləvi talan edildiyini, 60-dan çox məscid və kilsənin tamamilə məhv edildiyini bildirən səfir, Ermənistanın törətdiyi vandalizmlə bağlı Azərbaycanın beynəlxalq məhkəmə instansiyalarına müraciət edəcəyini qeyd edib.

Səfir Azərbaycanın müxtəlif dini mənsubiyyətə və irqə aid olan insanların daim birgə, sülh şəraitində yaşadığı bir yer olduğunu və məhz bu səbəbdən Roma papası Fransisko tərəfindən bütün dünya üçün tolerantlq modeli adlandırıldığını söyləyib və bu xüsusda, digər xalqlar kimi Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin də azərbaycanlılarla birgə dinc yaşaya biləcəyini və beləcə, Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin bərpa olunmasına şərait yaranacağını bildirib.

Xəbər lenti

Xəbər lenti