...

İtaliyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Siyasət Materials 24 Dekabr 2020 13:29 (UTC +04:00)
İtaliyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Bakı. Trend:

İtaliya Prezidenti Sercio Mattarella Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizə ən səmimi arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu ilin əvvəlində Azərbaycan və İtaliya arasındakı sıx əlaqələri daha da möhkəmləndirən dövlət səfəriniz çərçivəsində keçirdiyimiz görüşü xüsusi məmnunluq hissi ilə xatırlayıram.

İnanıram ki, Cənub Qaz Dəhlizinin yaxın zamanlarda tamamlanması ilə bir daha öz təsdiqini tapan ölkələrarası əlaqələrimiz geniş və səmərəli əməkdaşlığımızın mövcud olduğu bütün sahələrdə yeni bir impuls qazanacaq.

Sizə dostcasına ən səmimi təbriklərimi çatdırır, özünüzə və ailənizə rifah arzu edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti