...

Azad edilmiş ərazilərimizdə qoşunların mühəndis təminatı üzrə tədbirlər icra olunur (FOTO/VİDEO)

Siyasət Materials 24 Dekabr 2020 18:06 (UTC +04:00)
Azad edilmiş ərazilərimizdə qoşunların mühəndis təminatı üzrə tədbirlər icra olunur (FOTO/VİDEO)

Bakı. Trend:

Azad edilmiş ərazilərimizdə bölmələrimizin hərtərəfli mühəndis təminatı üzrə tədbirlər görülür.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, Mühəndis Qoşunlarının bölmələri avtomobil və döyüş texnikasının kalonlarının təhlükəsiz hərəkəti üçün yolları bərpa edir və minalardan təmizləyir. Yaşayış məntəqələri və bölmələrimizin yerləşdiyi mövqelər istiqamətində yeni yolların çəkilməsi üzrə fəaliyyətlər icra olunur. Eyni zamanda əkin sahələri də minalardan təmizlənərək orada ilk əkin işlərinə başlanılıb.

Bundan əlavə partlamamış mərmilərin, minaların aşkar olunması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti