...

Ermənistan UNICEF nümayəndəsinin mandatını dayandırıb

Siyasət Materials 9 Mart 2021 10:34 (UTC +04:00)
Ermənistan UNICEF nümayəndəsinin mandatını dayandırıb

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistan hökuməti BMT Uşaq Fondunun (UNICEF) ölkədəki nümayəndəsi Marin Klark-Hattinqin mandatını dayandırıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan deyib.

Qeyd olunub ki, M.Klark-Hattinqin fəaliyyəti Ermənistan üçün problemli hesab olunub. BMT-nin daimi əlaqələndiricisi və UNICEF nümayəndələri bu qərar barədə məlumatlandırılıb.

M.Klark-Hattinq 2020-ci ilin iyulunda UNICEF-in Ermənistandakı nümayəndəsi təyin olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti