...

Macarıstan və Azərbaycan azad edilmiş ərazilərin bərpası üzrə birgə layihələri müzakirə edir - Nazir

Siyasət Materials 10 Mart 2021 15:46 (UTC +04:00)

Bakı. Fidan Babayeva, tərcümə Orxan Nəbiyev - Trend:

Yaxın zamanda Azərbaycanla Macarıstan arasında münasibətlərin daha da möhkəmlənməsi gözlənilir.

Trend-in məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanla Macarıstan arasında iqtisadi əməkdaşlığa dair mətbuat konfransında deyib.

Nazir bildirib ki, yaxın zamanlarda enerji və infrastrukturun inkişafı sahəsində iqtisadi münasibətləri genişləndirmək planlaşdırılır. Ötən il ölkələr arasında ticarət dövriyyəsi 9 faiz artıb.

S.Babayevin sözlərinə görə, Macarıstan və Azərbaycan nəqliyyat, ticarət, kənd təsərrüfatı və tikinti sahələrində uğurla əməkdaşlıq edir: "Ölkəmizdə 19 macar şirkəti fəaliyyət göstərir. Hökumətlərarası komissiyanın fəaliyyəti iqtisadi əlaqələrin genişlənməsinə xidmət edəcək".

Nazir əlavə edib ki, azad edilmiş ərazilərin bərpası üzrə birgə layihələr müzakirə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti