Bakı. Elçin Mehdiyev - Trend:
Biz regionda, ölkəmizdə xüsusi dövr yaşamaqdayıq.
Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Slovakiyanın Xarici və Avropa İşləri naziri İvan Korçokla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanın 30 ilə yaxın müddət ərzində işğal altında qalan topaqları azad edilib və yeni inkişaf imkanları yaranıb:
"Azərbaycan hər zaman beynəlxalq prinsiplərə əsasən mövqe nümayiş etdirib. Biz ölkələrin sərhədlərinin toxunulmazlığı şəraitində xalqların birgə yaşayışının tərəfdarı olmuşuq".