...

İƏT nümayəndələri Ağdam məscidində namaz qılıblar (FOTO/VİDEO)

Siyasət Materials 6 Aprel 2021 13:42 (UTC +04:00)
İƏT nümayəndələri Ağdam məscidində namaz qılıblar (FOTO/VİDEO)

Ağdam. Trend:

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri bu gün Ağdamda səfərdədir.

Trend-in Qarabağ bürosunun məlumatına görə, nümayəndə heyəti səfər çərçivəsində Ağdam Cümə məscidində olub, orada namaz qılıblar.

Xatırladaq ki, 5 aprel tarixində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin ölkəmizə səfəri başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti