...

Prezident İlham Əliyev: Bütün türk dünyası bizim qələbəmizlə fəxr edir

Siyasət Materials 12 Aprel 2021 18:12 (UTC +04:00)
Prezident İlham Əliyev: Bütün türk dünyası bizim qələbəmizlə fəxr edir

Bakı. Trend:

Bütün türk dünyası bizim qələbəmizlə fəxr edir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra təltif olunan hərbi qulluqçularla görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Bizim Qələbəmiz təkcə xalqımızın qələbəsi deyil, bütün türk dünyası bizim qələbəmizlə fəxr edir. Biz yeni reallıq yaratmışıq. Biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti