...

Parlamentdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd olunub (FOTO)

Siyasət Materials 10 May 2021 12:12 (UTC +04:00)
Parlamentdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd olunub (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Mayın 10-da Milli Məclisdə Umummilli lider Heydər Əliyevin doğum gününün 98-ci ildönümü münasibəti ilə tədbir keçirilib.

Trend-in məlumatına görə, Milli Məclisin sədri Sahibə Qafarova, sədrin birinci müavini Əli Hüseynli, sədr müavinləri Adil Əliyev, Fəzail İbrahimli parlamentin komitə sədrləri, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər Milli Məclisin foyesində Heydər Əliyevin abidəsi önünə əkil qoyub, tər çiçəklər düzüblər.

Tədbir iştirakçıları görkəmli siyasi xadimin xatirəsini anıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti