...

Xəyanət nəticəsində işğal edilən Laçın bu gün azaddır

Siyasət Materials 18 May 2021 17:28 (UTC +04:00)
Xəyanət nəticəsində işğal edilən Laçın bu gün azaddır

Bakı. Elçin Mehdiyev – Trend:

Laçın rayonu 28 il düşmən işğalı altında qaldı. Bu 28 illər ərzində laçınlılar, o cümlədən, bütün Azərbaycan Laçının işğalı gününü xalqımıza qarşı ermənilərin törətdikləri böyük faciə kimi qeyd edirdilər.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, həqiqətən böyük faciə idi. Laçın rayonunun 1 şəhəri, 1 qəsəbəsi və 125 kəndi ermənilər tərəfindən məhv edilmiş, insanları qaçqın-köçkün həyatına məhkum olunmuşdular. Laçın rayonu da o zaman AXC-Müsavat cütlüyünün səriştəsizliyi və xəyanəti nəticəsində Ermənilərə təslim edilmişdi. Onlar siyasi hakimiyyət naminə torpaqlarımızı ermənilərə təslim edirdilər. Onların bu xəyanəti xalqımıza çox böyük mənəvi və maddi zərər vurdu. AXC-Müsavat cütlüyünün bu qara ləkəsi 44 günlük Vətən müharibəsində xalqımızın üzərindən götürüldü.

Müzəffər ordumuzun əldə etdiyi tarixi qələbə Laçın rayonunun da bir güllə belə atılmadan işğaldan azad olunmasına yol açdı. Nəhayət ki, laçınlılar Laçının işğalı gününü 29 ildən sonra ilk dəfə olaraq işğaldan azad olunmasının sevinciylə qeyd edirlər.

Düzdür, ermənilərin törətdikləri faciələrini, vəhşilklərini və vandallıqlarını unutmaq qeyri mümkündür. Azərbvaycan yaşadıqca bu tarixi də gələcək nəsillərə çatdıracağıq. Lakin bu gün Laçın azaddır. Cənab Prezidentin tapşırıqları ilə Laçına yenidən həyat qaytarılır. Laçının gələcəyi daha müasir və yaşayış üçün daha rahat olacaqdır. Uzun illər qaçqınlıq həyatını sürmüş laçınlılar dövlətimiz tərəfindən yenidən qurulmuş azad, təhlükəsiz və cənnətə çevrilmiş Laçına qayıdacaqlar”.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti