...

Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilib

Siyasət Materials 21 May 2021 11:42 (UTC +04:00)
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilib

Bakı. Elçin Mehdiyev - Trend:

Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilib.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzkirəyə çıxarılan “Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” sənəddə əksini tapıb.

Sənədə əsasən, aşağıdakı şəxslərin Bakı Apellyasiya Məhkəməsinə hakim təyin olunması üçün namizədliyi irəli sürülüb:

1. Həmidov Həmid Üzeyir oğlu

2. Hüseynov Azər Soltanhəmid oğlu

3. Tağızadə Mirzə Nəsib oğlu

4. Babayev Zəki Baba oğlu

5. Bəktaşi Səadət İnayət qızı

6. Əkbərov Mübariz Dosməmməd oğlu

7. İbrahimli İbrahim Adil oğlu

Müzakirələrdən sonra sənəd səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti