...

Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib

Siyasət Materials 27 May 2021 17:00 (UTC +04:00)
Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib

Trend-i buradan izləyin

Bakı. Trend:

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizi Gürcüstan Hökuməti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, Sizə və qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və uğurlar diləyirəm.

Gürcüstan Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığa böyük əhəmiyyət verir. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, bizim ümumi səylərimizlə ölkələrimiz arasında səmərəli əməkdaşlıq və mehriban qonşuluq əlaqələri uğurla inkişaf edir. Biz sarsılmaz strateji tərəfdaşlığımızı və dostluq münasibətlərimizi daha da gücləndirmək niyyətindəyik, bu da ölkələrimiz arasında tərəqqi və rifahın möhkəmlənməsinə töhfəsini verəcək.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək bir daha Sizə dərin ehtiramımı ifadə edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti