...

Azərbaycan Avropa ilə Asiya arasında mühüm qovşağa çevrilməkdədir

Siyasət Materials 4 İyun 2021 14:49 (UTC +04:00)
Azərbaycan Avropa ilə Asiya arasında mühüm qovşağa çevrilməkdədir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın qlobal müstəvidə nüfuzu getdikcə artmaqdadır, artıq ölkəmiz Avropa ilə Asiya arasında mühüm nəqliyyat və loqistika qovşağına çevrilir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, iyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışı və söhbət zamanı səsləndirilən fikirlər qlobal güclərin ölkəmizə verdiyi mühüm dəyərin təzahürüdür:

“Azərbaycanın 44 günlük vətən müharibəsində tarixi Zəfəri ölkəmiz qarşısında yeni imkanlar açıb. Bu telefon danışıqları eyni zamanda onu göstərir ki, qlobal güclər Azərbaycanın bu qələbəsini, regionda yaranmış yeni reallıqları qəbul edir və bu reallıqlar çərçivəsində Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Azərbaycan Vətən müharibəsi zamanı döyüş meydanında əldə etdiyi qələbəni siyasi-diplomatik müstəvidə də davam etdirir. Eyni gündə iki qlobal güc mərkəzinin Azərbaycan Prezidenti ilə təmasının Azərbaycanın regionda liderliyinə və qlobal siyasətdə əhəmiyyətinə verilən qiymətin təzahürüdür.

Xüsuslə də Ermənistanın baş naziri N.Paşinyanın Brüsselə səfəri zamanı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidentinə zəng etməsi ölkəmizin Cənubi Qafqazda liderliyini təsdiq edən bir amildir”.

Deputat vurğulayıb ki, Azərbaycan qarşıdakı dövrdə beynəlxalq aləmdə mövqeyini daha da gücləndirəcək: “500 milyard dollar həcmində ticarət dövriyyəsi olan Çinlə Avropa İttifaqı arasında Azərbaycanın mühüm nəqliyyat-loqistika mərkəzinə çevrilməsi ölkəmiz və iki qlobal güc arasında əlaqələrin inkişafı və eyni zamanda ölkəmizin qlobal müstəvidə mövqeyinin daha da güclənməsi üçün böyük əhəmiyyətə malikdir”.

A.Həsənova əlvə edib ki, Azərbaycan “Bir Kəmər Bir Yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olaraq, reallaşdırdığı irimiqyasylı nəqliyyat-infrastruktur layihələri ilə bu təşəbbüsün həyata keçirilməsinə öz əhəmiyyətli töhfəsini verir:

“Ölkəmizin təşəbbüsü ilə reallaşdırılan Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, hazırda isə yeni yaradılacaq Zəngəzur dəhlizinin Avrasiya və Trans-Xəzər Şərq-Qərb Nəqliyyat Dəhlizini formalaşdırması və bununla da Çindən Qərbə yükdaşımalar üçün qısa və əlverişli alternativ marşrut təqdim etməsi bütün region ölkələrinin maraqlarına və onların iqtisadi əlaqələrinin inkişafına xidmət edir. Bütün bunlar Azərbaycanın siyasi mövqeyini gücləndirməklə yanaşı iqtisadi inkişafımıza da mühüm töhfələr verəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti