Ermənistana yardım paketinin ayrılması Aİ-nin xarici siyasətinin növbəti ikili standartıdır - Siyasi ekspert

Ermənistana yardım paketinin ayrılması Aİ-nin xarici siyasətinin növbəti ikili standartıdır - Siyasi ekspert

Bakı. Elçin Mehdiyev - Trend:

Avropa İttifaqının (Aİ) Prezidenti Şarl Mişelin Ermənistana səfəri və təkcə Cənubi Qafqazın geosiyasi intriqa mərkəzi funksiyasını icra edən nüfuz müvəkkili-dövlətə 2,6 milyard avro yardım paketinin ayrılması kimi anti-sabitləşdirici hədəflərini deyil, eyni zamanda Aİ-nin xarici siyasətinin növbəti ikili standartlarıdır.

Bunu Trend-ə əməkdar jurnalist, siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, bir müddət öncə Azərbaycana səfər edən Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ölkəmizlə bağlı təəssüratlarını bölüşmək üçün xüsusi məqalə ilə çıxış etmiş, Azərbaycanın COVİD-19 pandemiyasının gətirdiyi böhrandan ən az ziyan çəkdiyini vurğulayaraq, dövlətimizə və xalqımıza təşəkkürünü bildirmişdi: "Həmçinin, 1 səhifəlik çıxış-məqaləsində Azərbaycanı bir neçə dəfə “çiçəklənən ölkə” adlandırmağı da unutmamışdı. Ermənistana 2,6 milyard avro yardım paketi ayrılması, qənaətimə görə, Aİ komissarı Oliver Varhelyinin prezident Şarl Mişelin regiona səfəri öncəsi ölkəmizin ünvanına yağdırdığı və Qoca Qərbin köhnə vərdişlərindən qaynaqlanan təriflərinin əsl mahiyyətini də ortaya qoyur.

Avropa İttifaqı 30 ilə yaxın bir zaman kəsiyində Azərbaycan torpaqlarını işğal altında saxlayan, vəhşicəsinə istismar və darmadağın edən Ermənistana 2,6 milyard avro yardım ayırmaqla, əslində vandalizmi dəstəklədiyini, regionda aqressiv separatizmin və terrorizmin yenidən çiçəklənməsində maraqlı olduğunu nümayiş etdirir. Əgər Avropa İttifaqı beynəlxalq hüququn norma və prinsiplərini, həmçinin özünün elan etdiyi, amma yerinə yetirmədiyi dəyərləri əsas götürsəydi, o zaman Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistanın həyata keçirdiyi cinayətləri əsas görürərək, ölkəmizə ən azı 6-7 milyard avro yardım ayırmalıydı. Amma göründüyü kimi, Aİ ölkəmiz üçün cəmi 150 milyon avro yardım nəzərdə tutub ki, bu da Ermənistanın ölkəmizin işğaldan azad edilmiş ərazilərindəki ən kiçik yaşayış məntəqəsini bərpa etmək üçün belə yetərli deyil. Çünki Ermənistanı “COVİD-19 pandemiyasından əziyyət çəkdiyinə görə” yemləmək, İrəvanın bölgəni regiondankənar qüvvələrin müdaxiləsinə açıq saxlaması üçün stimullaşdırmaq, vaxtilə Cənubi Qafqaza atdıqları nifaq toxumunu yenidən cücərtmək lazımdır. Avropa İttifaqının Ermənistana ayırdığı maliyyə yardımının məqsədlərindən biri də, çox güman ki, dondan-dona, cilddən-cildə girən, sələfləri kimi eyni vaxtda bir necə qütbün qucağına sığınan, amma gözü yenə də Qərbə - ağalarına doğru baxan Paşinyan hakimiyyətinin mövqelərini gücləndirmək, kommunikasiyaların açılmasına və sülh sazişinin imzalanmasına ən azından yaxın 1 il ərzində mane olmaqdan ibarətdir. Bu gedişlə Avropa İttifaqının Ermənistanda Marşall planını tətbiq edəcəyi və bu ölkəni tamamilə satın alacağı şübhə doğurmur. Nikol Paşinyan isə göründüyü kimi, erməniliyin klassik ənənələrinə uyğun olaraq, Ermənistanın satmağa və satılmağa hazır olduğunu sərgiləyir".

E.Mirzəbəyli vurğulayıb ki, Emmanuel Makronla eyni ideoloji platformada təmsil olunan fransız Şarl Mişelin regiona səfəri çərçivəsində Ermənistanda keçirdiyi görüşlərin nəticəsi, birmənalı olaraq Yerevanın Rusiyaya növbəti xəyanətidir: "Baxmayaraq ki, Nikol Paşinyan, bütövlükdə isə Ermənistan hər dəfə çıxılmaz durumda olanda, məhz Rusiyanın dəstəyini alıb. Nikol Paşinyan və “sorosçu” komandasının hakimiyyətə gəlməsində də, Rusiyanın bu ölkədəki daxili proseslərə müdaxilə etməməsi müstəsna rol oynamışdı. Hərbçilər qiyam qaldıranda da Nikolu Vladimir Putin xilas etmişdi və son seçkilərdə də Moskva Robert Köçəryana, onun arzuladığı və gözlədiyi dəstəyi verməməklə Paşinyanın yenidən hakimiyyətə sahiblənməsinə imkan yaratdı... Paşinyanın son təyinatları və perspektivdə bu istiqamətdə qəbul edəcəyi qərarlarla bağlı Ermənistan mediasında yayılan məlumatlar Nikolun və onun rəhbərlik etdiyi satın alınmış ölkənin Qərbə doğru sürətlə yürüdüyündən xəbər verir. Ermənistan rəsmilərinin Ermənistanın NATO, Aİ və digər təsisatlarla ardıcıl təmasları da bunu sübuta yetirir. Reallıq ondan ibarətdir ki, Nikol Paşinyanın əsas hədəfi Ermənistanı, uzun illər ərzində himayə edən, baş tutmamış olsa da belə, bir dövlət kimi mövcudluğunu qoruyub saxlayan Rusiyanın təsir dairəsindən tamamilə qoparmaq, tamamilə Qərbin vassallığına keçirməkdən ibarətdir.

Bunun davamı isə Rusiyaya qarşı təxribatçı addımların atılması, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində mərkəzdənqaçma meyllərinin gücləndirilməsidir. Mövcud reallıqlar rəsmi Yerevanın Paşinyanın hakimiyyətə gəldiyi ilk gündən KTMT-nin baş qərargah rəisi ilə bağlı məsələdən başlamış Azərbaycanla sərhədlərində törətdiyi bütün təxribatlaradək Rusiyanın dominant rol oynadığı hərbi-siyasi ittifaqı həm Ermənistanda, həm də postsovet məkanında nüfuzdan salmağa xidmət etdiyini təsdiqləyir.

Məhz bu baxımdan, Rusiya regionla bağlı siyasətini bu reallığa uyğun formalaşdırmalı, Ermənistana dəstəyini dayandırmalı və hərbi bazasını bu ölkədən çıxarmalıdır. Regionda Qərbin intriqa mərkəzi funksiyasını yerinə yetirən Ermənistan Rusiyanın və müttəfiqlərinin hər cür dəstəyindən mərhum edilməli, Avrasiya iqtisadi və gömrük ittifaqlarından, həmçinin KTMT-dən qovulmalıdır.

Fransanın kiçik bacısının düşdüyü duruma “fransız qalmanın” zamanı çoxdan çatıb".

Bakıda birmərtəbəli ev yanıb
Bakıda birmərtəbəli ev yanıb
Bakıda mənzildən kişi meyiti tapılıb
Bakıda mənzildən kişi meyiti tapılıb
Qubada 2 otaqlı ev yanıb
Qubada 2 otaqlı ev yanıb
Loading Bars
Xəbər lenti
İngiltərə Premyer Liqası: "Liverpul" "Mançester Yunayted"i darmadağın edib
Özbəkistanda keçirilən prezident seçkilərində 16,03 milyon seçici səs verib
İspaniya La Liqası: "Real Madrid" "Barselona"nı məğlub edib
IFC Azərbaycanda elektron maliyyə xidmətlərinin inkişafına kömək edəcək - Regional menecer
Veteran cüdoçularımız dünya çempionatında daha 3 medal qazanıblar
Avropa İttifaqı Kabildəki nümayəndəliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Müdafiə Nazirliyi həftəlik icmal təqdim edib (VİDEO)
Özbəkistanda prezident seçkiləri başa çatıb
Gürcüstanın baş naziri ölkədə məcburi vaksinasiyaya yol verməyəcəyini bildirib
Dövlət qulluğuna qəbul çərçivəsində inzibati icraçı vəzifələr üzrə test imtahanının nəticələri açıqlanıb
İsveçdə qətlə yetirilən 43 yaşlı soydaşımızın cənazəsi Azərbaycana gətiriləcək
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 036 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib
Pərviz Şahbazov “Səudiyyə Yaşıl Təşəbbüsü”nün inaqurasiya mərasimində iştirak edib (FOTO/VİDEO)
Qaxda şəhid hərbi qulluqçunun il mərasimi keçirilib (FOTO)
Azərbaycan HDQ zabitləri Türkiyədəki təcrübə kursunu uğurla başa vurublar
Özbəkistanda keçirilən prezident seçkiləri çərçivəsində seçicilərin 50% artıq səs verib
Gürcüstanda koronavirusa yoluxanların sayı artır
Masallıda COVID-19 pasportu olmayan sürücülərlə bağlı reyd keçirilib (FOTO)
Hərbi hissədə hərbi təlim toplanışı keçiriləcək
İranda koronavirusdan daha 171 nəfər ölüb
İranla Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanaraq davam edəcək
Türkiyə xüsusi təyinatlıları terrorçuların daha bir hücum cəhdinin qarşısını aldı, 5 terrorçu məhv edildi (FOTO/VİDEO)
ABŞ-da Sotheby's hərracında Pablo Pikassonun əl işləri 109 milyon dollara satılıb
Rusiyada ötən sutka ərzində 35 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb
Özbəkistandakı seçkilər zamanı MDB müşahidəçiləri heç bir pozuntu qeydə almayıb
Həftənin ilk gününə olan hava proqnozu açıqlanıb
Goranboyda oğurluq edən şəxslər saxlanılıblar (FOTO)
Saatlı və Sabirabadda COVİD-19-la bağlı nəzarət-profilaktiki tədbirlər davam etdirilir (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən foto paylaşıb (FOTO)
Müdafiə Nazirliyi ötən ilin bu həftəsi ilə bağlı görüntülər yayıb
Rusiyada avtobus yük avtomobiliylə toqquşdu, ölənlər və yaralananlar var
Bakıda torpaq sahələrinin qiyməti ucuzlaşıb
Özbəkistanda prezident seçkiləri keçirilir
Bakıda birmərtəbəli ev yanıb
Balakəndə qaydalara riayət etməyənlər cərimələnib (FOTO)
Filippin sahillərində güclü zəlzələ olub
ABŞ-da avtomobil yarışları zamanı qəza olub, ölənlər və yaralananlar var
Qazaxıstanda koronavirusa daha 1 677 nəfər yoluxub
Sorğu: Baydenin reytinqi rekord dərəcədə düşüb
Kolumbiyanın ən böyük narkokartelinin başçısı saxlanılıb
"Tesla" flaqman modellərinin qiymətini 5 min dollar artırıb
Almaniyada koronavirusa yoluxma hallarının sayı rekord dərəcədə artıb
Fransada sanitar buraxılışlara qarşı etiraz aksiyalarında 40 minə yaxın insan iştirak edib
Ferstappen "Formula-1" üzrə ABŞ Qran Prisinin təsnifatının qalibi olub
Türkiyədə son sutkada koronavirusdan 27 663 nəfər sağalıb
Bu gün Özbəksitanda prezident seçkiləri keçiriləcək
Çində 2,24 milyard peyvənd istifadə edilib
Azərbaycanda sərnişinlərin istifadə etdiyi əsas nəqliyyat vasitələri bunlardır
Zəfər xronikası 24 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəsi (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 24 oktyabr
Azərbaycanda ipoteka və istehlak kreditlərinin həcmi artıb
ABŞ-da atışma olub: 1 nəfər ölüb, 7 nəfər yaralanıb
Bakıda mənzildən kişi meyiti tapılıb
Britaniyada koronavirusa 44 mindən çox yeni yoluxma halı qeydə alınıb
Ombudsmanın faktaraşdırıcı missiyaları ilə bağlı hesabatları Frankfurt Beynəlxalq Kitab Sərgisində nümayiş etdirilir
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən fotolar paylaşıb (FOTO)
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim başa çatıb (VİDEO)
Ceyhun Bayramovun iranlı həmkarı ilə telefon danışığı baş tutub
Ərdoğan 10 ölkənin səfirini "persona non-qrata" elan etməyi tələb edib
Araik Arutyunyanın Rusiyaya səfəri yalnız şəxsi xarakter daşıyır - Azərbaycanın Rusiyadakı Səfirliyi
Qubada 2 otaqlı ev yanıb
Mingəçevir Dövlət Universitetində şəhid məzunların xatirəsinə həsr olunan anım tədbiri keçirilib (FOTO)
Aslan Aslanov: Türk dünyasının birliyinin və güclənməsinin əhəmiyyətini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ illər öncə təkrar-təkrar vurğulayıb (FOTO)
Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 315 nəfər COVID-19-a yoluxub, 22 nəfər vəfat edib
İqtisadiyyat naziri Atlantik Şurası Millennium Liderlik Proqramının məzunlarının suallarını cavablandırıb (FOTO)
Qədim Nuh yurdu Naxçıvana nə üçün getməli? - REPORTAJ
Azərbaycan XİN Macarıstanı təbrik edib
Samuxda karantin qaydalarını pozan toy sahibi cərimələnib (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Allah xalqımızı qorusun! (VİDEO)
Buster doza koronavirusa qalib gəlmək yolunda növbəti addımdır - Təyyar Eyvazov
Bərdə sakinlərindən “patı” və heroin götürülüb (FOTO)
Covid-19 pasportunu saxta yollarla əldə edən və onu satan şəxslər saxlanılıb (VİDEO)
Ekvadorda yüngül atlet güllələnib
İranda koronavirusdan ölənlərin sayı 125 min nəfəri keçib
Canəli Əkbərov hər zaman muğam sənətini yüksək səviyyədə təmsil edib - Polad Bülbüloğlu
Bərdə və Ağcabədidə COVİD-19-a qarşı reyd keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Canəli Əkbərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
Londonda Vətən müharibəsinin ildönümünə həsr olunmuş tədbir keçiriləcək
Hacıqabulda ictimai nəqliyyatda tibbi maska ilə bağlı reyd keçirilib
Bakıda restorana gedən koronavirus xəstəsi saxlanıldı
Şəkidə qənnadı istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb (FOTO)
“Naxçıvan şəhidləri” kitabının təqdimatı olub (FOTO/VİDEO)
Xızı və Şabranda COVİD-19-a qarşı tədbirlər gücləndirilib (FOTO)
Şəhid Əliyev İbrahimin doğum günü məzarı önündə qeyd olunub (FOTO)
İşğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olmaq istəyən şəxslər saxlanılıb (FOTO)
Hazırda tədavüldə olan milli valyutanın nominal strukturu beynəlxalq təcrübəyə tam uyğundur - Mərkəzi Bank
Xəzər dənizində mina aşkarlanıb (FOTO/VİDEO)
Azərbaycanda mobil operatorların gəlirləri açıqlanıb
Rusiyada koronavirusdan ölənlərin sayı 230 minə çatır
Ötən gün toylarda 13 nəfər cərimələnib (FOTO/VİDEO)
Şəmkirdə şadlıq sarayının rəhbəri cəzalandırılıb
Ərini boğaraq öldürən qadının məhkəməsi başlayır
Bakıda 27 yaşlı qadın itkin düşüb
Bazar günü hava necə olacaq?
Türkiyə ABŞ-dan F-16-ların satın alınması proseduruna start verib - Akar
Azərbaycanda stolüstü kompüterlərin istehsalı xeyli artıb
Ermənistanla Azərbaycan arasında iki yeni sənədin imzalanması gözlənilir
Bütün xəbərlər