...

Rusiya Azərbaycan-Ermənistan sərhədində vəziyyətə xüsusi diqqət ayırır - Zaxarova (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 22 İyul 2021 17:42 (UTC +04:00)
Rusiya Azərbaycan-Ermənistan sərhədində vəziyyətə xüsusi diqqət ayırır - Zaxarova (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Həm Azərbaycanla, həm də Ermənistanla yaxın münasibətlərə malik Rusiya Azərbaycan-Ermənistan sərhədində vəziyyətə xüsusi diqqət ayırır.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, Rusiya tərəfi Qarabağda dinc həyatın qurulması, sabitliyin dəstəklənməsində öz töhfəsini verir: "Əlbəttə, biz Azərbaycan-Ermənistan sərhədinin ayrı-ayrı hissələrində gərginlikləri narahatlıqla qarşılayırıq. Sərhədyanı insidentlərin tənzimlənməsi sırf siyasi-diplomatik yollarla olmalıdır. Dayanıqlı sabitliyi yalnız sərhədin delimitasiyası və sonrakı demarkasiyası üzrə təxirəsalınmaz işlər təmin edə bilər. Biz bu səyləri əlimizdə olan kartoqrafik informasiya ilə möhkəmləndirə bilərik. Rusiya tərəfi müzakirələri konstruktiv mənbəyə keçirmək iqtidarında olan sənədlər hazırlayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti